Yer kürəsinin atmosferi virus və bakteriyalarla doludur

  • 2018.02.08 18:24
  • 17230 Baxış
Yer kürəsinin atmosferi virus və bakteriyalarla doludur

Mikroorqanizmlər hava axını kütləsi ilə birgə min kilometrlərlə məsafə qət edərək, səmadan Yerə düşə bilər.


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya və Kolumbiya universitetlərinin alimləri ekoloji jurnalda illərdir apardıqları araşdırmanın nəticələrini dərc ediblər. 


Onlar troposfer qatına okean və materiklərin səthindən qalxan virus və bakteriyaların sonradan Yerə qayıtmasını öyrəniblər. Troposfer qatı ən aşağı qatdır və burda hava və iqlimi müəyyən edən proseslər gedir. 


Nevada dağlarında quraşdırılan kollektorları tədqiq edərək alimlər aydınlaşdırıb ki, planetin üzərində olan hava qatından hər gün milyardlarla virus və bir neçə milyon bakteriya düşür.  Bakteriyalar adətən yağış, qum küləyi ilə geri qayıdır. Viruslar isə daha çox "uçmaq” qabiliyyətinə malik olduğundan yağışın onları troposferdən aşağı endirməyə gücü çatmır. Ona görə bir başqa kontinentin troposfer qatında olan viruslar sonradan Yerin tamam ayrı kontinentində düşə bilir.