Yeniyetmənin ayağını tərs tikdilər - Uşaq ayağından razıdır

  • 2018.01.25 16:09
  • 15365 Baxış
Yeniyetmənin ayağını tərs tikdilər -  Uşaq ayağından razıdır
Şimali İrlandiyada yeniyetmənin amputasiya olunan ayağı dizinə tərsinə tikilib.


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, 


15 yaşlı Tristin Stüart 2014-cü ildən kəskin ayaq ağrılarından əziyyət çəkib. Ağrıların başladığı müddətdən iki il sonra ona sinovial sarkoma (aşağı və yuxarı ətrafların sinovial təbəqələrində müşahidə olunan çox nadir bədxassəli şiş - red.) diaqnozu qoyulub. Metastaz riksi yüksək olduğundan yeniyetmənin yalnız amputasiya olunacağı təqdirdə sağ qalacağı bildirilib.


Həkimlər ayağı tam deyil, yalnız baldır hissədən kəsib, sonradan sağlam hissəni dizə tərsinə, yəni pəncəsi arxaya tikməyi təklif edib. Bi Stüart bununla razılaşıb.


Əməliyyatdan sonra yeniyetmə bir müddət əsanın köməyi ilə yerisə də, hazırda protezlə sərbəst hərəkət edə bilir və "baş-ayaq” tikilmiş ayağı ilə qaçmağa çalışır. O, tərs ayağından razıdır. Onun üçün ayağın düz, əyri görünməsinin fərqi yoxdur. 

 

Yeniyetmənin ayağını tərs tikdilər -  Uşaq ayağından razıdır