“Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlimlər keçirilir - Həkimlərin nəzərinə

  • 2018.10.08 16:45
  • 9120 Baxış
“Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlimlər keçirilir -  Həkimlərin nəzərinə
08-15.10.2018-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti beşgünlük praktik təlim kursu keçirilir.


Medicina.az xəbər verir ki, doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir.


Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov təlimin ilk günündə antenatal (doğuşa qədər müddət), intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə körpələrdə müşahidə olunan problemlər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər haqqında məlumat verib.



Ölkənin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə danışılıb.



İştirakçılara həmçinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verilib

 

 



Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 15 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.
“Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlimlər keçirilir -  Həkimlərin nəzərinə
“Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlimlər keçirilir -  Həkimlərin nəzərinə