Yeni kəşf unutqanlıqdan xilas edəcək

  • 2018.04.06 10:11
  • 12143 Baxış
Yeni kəşf unutqanlıqdan xilas edəcək
Amerikalıların yeni kəşfi insanların unutqanlıq dərdinə son verəcək.

 

Medicina.az xəbər verir ki, məhşur şirkətlərindən biri olan "İnform" maraqlı cihaz hazırlayıb. 

 

Belə ki, hazırlanan çip dünyadakı ən kiçik əşyanı belə unutmağa icazə vermir. Təqib çipi adlanan cihaz itirilən şəxsi əşyaların yerini dəqiqliklə təsbit edə bilir.


Yeni nəsil ağıllı telefonlara bağlantılı şəkildə işləyən cihaz sizə şəxsi əşyanızdan müəyyən məsafədə uzaqlaşdığınız zaman ismarıc vasitəsilə xəbərdarlıq edir. Çipi istənilən əşyanın üzərinə birləşdirməyiniz kifayət edir.


Nəzərinizə çatdıraq ki, hazırlanan təqib çipinin dekabr ayında orta hesabla 100 dollardan başlayan qiymətlərlə satışa çıxacağı bildirilib.