Yeni doğulan körpələrdən alınan qan analizi - Topuq qanı nədir?

  • 2018.01.06 11:17
  • 36044 Baxış
Yeni doğulan körpələrdən alınan qan analizi -  Topuq qanı nədir?
Türkiyədə yeni doğulan körpələrdən topuq qanı adlandırılan analiz götürülür.


Medicina.az xəbər verir ki, körpənin ayağından alınan topuq qanı genetik və maddələr mübadiləsi ilə bağlı olan problemlərin aşkar edilməsi üçün alınır. Bu, boy qısalığından inkişaf problemlərinə qədər bir çox problemləri əhatə edir. 


Türkiyəli pediatr İbrahim Şilfele topuq qanı barədə danışaraq bildirib ki, bu, xəstəliklərin diaqnozu üçün çox vacibdir:


"Dəqiq diaqnoz qoymasa da, çox vacib həyati əhəmiyyət kəsb edir. Bizim üçün diaqnoz qoyulmasında kömək edən testlərdən biridir. Təbii doğumda qarşımıza çıxan kistik fibroz, hipotiroidi kimi bir çox xəstəlikləri müəyyən edə bilirik”.


Həkimin sözlərinə görə, topuq qanı ilk 48 saat içində alınıbsa, ikinci dəfə də test etmək lazımdır. Çünki bu xəstəliklərin bir qisminin ortaya çıxması üçün uşağın qidalanması vacibdir. Amma qan 48 saatdan sonra alınıbsa, ikinci testə ehtiyac qalmaz.


Həkim vurğulayıb ki, bu testin aparılmasının zərərli tərəfi yoxdur. Əksinə çox faydalıdır.


"Bu test vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısı tamamilə alına bilər. Əgər hipotiroidi varsa, vücudda mövcud olan vacib hormon yoxdursa, dərmanlardan istifadə edilərək yarana biləcək fəsadların qarşısını almaq mümkündür”, - deyə pediatr açıqlayıb.

 

Şəhanə Quliyeva