Yeni doğan qadın dənizə girə bilər?

  • 2018.06.20 15:07
  • 3033 Baxış
Yeni doğan qadın dənizə girə bilər?
Normal və ya qeysəriyyə üsulu ilə yeni doğum edən qadınları ən çox narahat edən məsələlərdən biri məhz dəniz mövsümüdür. Xüsusilə yay aylarında, yaxud yay aylarına yaxın doğuş etmiş analar, dənizə girib-girməmək barədə qərarsız qalırlar. Bəziləri dənizə girməyin düzgün olmadığını düşünsə də, digərləri buna əhəmiyyət vermirlər.


Medicina.az xəbər verir ki, mütəxəssislər yeni doğmuş qadınların dənizə nə zaman girə biləcəyini açıqlayıb.


Belə ki, yeni doğuşdan çıxmış qadınlar tikiş yerlərinin infeksiyaya yoluxmaması baxımından uzun müddət istirahət etməlidirlər. Bu səbəbdən bir müddət su ilə təmasdan qaçmalıdırlar. Ancaq tikişlərin tamamilə qapandığı, təxminən iki ay sonra dənizə girə bilərlər. Beləliklə qadınlar duzlu suyun vaginaya vura biləcəyi zərərlərdən də qurtulmuş olacaqlar.

 

Şəhanə Quliyeva