BölmələrRU
Xidmətlər
 

Yeni doğan anaların kabusu: uşağım anidən öləcək! - İdeal otaq temperaturunu necə tənzimləməli?

İlk dəfə ana olan qadınların ən böyük problemi uşağı evdə hansı temperaturda saxlamaq məsələsidir. 

Medicina.az xəbər verir ki, analar evin temperaturunu balanslaşdırmaq üçün bəzən çox isti edirlər. Lakin ideal otaq temperaturu isti otaq demək deyil.

SIDS və həddən çox istiliklə bağlı problem

SIDS – ani uşaq ölümü sindromu – valideynlərin kabusudur. Sindromun yaranmasına bir çox səbəb olsa da, əsas səbəbi yüksək istilikdir. 

Ümumiyyətlə, SIDS fizioloji olaraq problem olduqda uşağın oyana bilmədiyi vaxt ortaya çıxır. Sıxıntılı vaxtda uşaq ağlamaq yerinə, səssiz qala bilər.
 
Ağlamayan uşağın isə heç bir problemi olmadığını düşünən valideynlər buna diqqət yetirməzlər. Bu səbəbdən evin temperaturunu balanslı saxlamaq çox vacibdir. Uşağın olduğu otağı çox isti eləmək təhlükəlidir. 

İdeal temperatur

Mütəxəssislərin əksəriyyəti evi 21-24 dərəcə istidə saxlamağı tövsiyə edir. Qış aylarında evin isidilməsi və yay aylarında uşağın istiyə uyğun şəkildə geyindirilməsindən əlavə, bəzən evin temperaturunu azaltmaq da lazım ola bilər. 

Yay aylarında uşağı isti geyindirməyin!
 
Uşağa daha sərin, yüngül geyimlər geyindirin.

Olduğu otağın qapı və pəncərəsini mütəmadi olaraq açın ki, havalansın. 

Kondisioner işləyən otaqda uşağı saxlamayın. Əgər bu mümkün deyilsə, o zaman otağı əvvəlcədən soyudun, kondisioneri söndürdükdən sonra uşağı gətirib. 

Ventilyator istifadə edirsinizsə, uşağın üstünə vurmasına imkan verməyib. 

Yay aylarında uşağın lazımi qədər su içdiyinə əmin olun. Əmizdirirsinizsə, ana südündə su olduğu üçün əlavə su verməyə ehtiyac yoxdur. 

Qış aylarında nə etməli?

Qışda uşağın otağının daim eyni temperaturda olmasına diqqət edin. 

Otağı istimək lazımdırsa, uşağın yanına soba yerləşdirməyin.

Uşağın temperaturunu necə yoxlamalı?

Uşağın hərarətinin olub-olmadığını yoxlamaq üçün ən yaxşı üsul əlinizi paltarının altına, yaxud boynuna qoymaqdır. Nəzərə alın ki, əlləri və ayaqları bədəninin digər nahiyələrindən daha soyuq olur, bundan isə təşvişə düşməyin.

MEDİCİNA.AZ