Yeməkləri iyləyərək arıqlamaq mümkündür- Alimlər təsdiqlədilər

  • 2019.01.17 13:46
  • 9635 Baxış
Yeməkləri iyləyərək arıqlamaq mümkündür-  Alimlər təsdiqlədilər
 

Yəqin ki, kababı iyləyərək çörək yeyən və kababın iyinin pulunu tələb edən Molla Nəsrəddin lətifəsini çoxunuz eşitmişiniz. Bir çoxumuzda gülüş doğuran bu əhvalatda əslində, həqiqətə uyğunluq var. Həqiqət isə yeməklərin iyi ilə doymağın mümkün olmasıdır. 


Medicina.az bildirir ki, Cənubi Florida Universitetinin alimlərinin apardıqları araşdırmaya görə, yeməklərin iyi insanı doydura bilər. Bunun səbəbi isə insan beynində yerləşən boz maddənin informasiya mənbəyini diferensiasiya etməsidir. 


"Axı əslində hər şey əksinədir. Dadlı qidanın iyi gəldikdə insanın gözünün suyu axır və iştahası açılır” - deyə düşünə bilərsiniz. 

Amma burda bəzi məqamlar var.

 

Alimlər bu istiqamətdə bir sıra təcrübələr aparıblar. Onlar atmosferə sağlam və qeyri-sağlam qidaların iylərini buraxıblar. Məsələn: peçenye çiyələyə qarşı, pizza almaya qarşı və ya kabab portağala qarşı və s. 


Məlum olub ki, ilk 30 saniyə ərzində qeyri-sağlam qidaların iyləri daha üstün olub. Buna görə də təcrübədə iştirak edən insanlarda bu iylər iştahanı artırıb.


Amma 2 dəqiqə sonra həmin insalarda "kabab”a olan maraq itib. Yalnız bundan sonra iştirakçılar meyvə və giləmeyvə seçdiklərini bildiriblər.

 

Araşdırmaçılar belə hesab edirlər ki, yüksək kalorili qidalara qarşı dayanıqlılığın yeni üsulunu icad ediblər. Bu qidaların ətri ilə kifayətlənərək orqanizmin onlara olan tələbatını ödəmək mümkündür. 


Arzu

Medicina.az