Yeməkdən sonra öskürürsünüzsə... - SƏBƏBİ BU XƏSTƏLİK OLA BİLƏR

  • 2018.04.02 15:32
  • 19669 Baxış
Yeməkdən sonra öskürürsünüzsə... -  SƏBƏBİ BU XƏSTƏLİK OLA BİLƏR
Səhər, günorta və axşam yeməyini bitirdikdən sonra öskürən şəxslərə yəqin ki, hər birimiz rast gəlirik. Öskürən şəxslər özləri, ətrafındakılar bu məqama diqqət yetirməsə də, mütəxəssislər xəbərdarlıq edir.

 

Medicina.az xəbər verir ki, onlar bu zaman öskürməyin bir çox problemlərdən qaynaqlandığını bildiriblər.

Öskürəyə səbəb olan amillərdən biri allergiyadır. Məlumata görə, əksər insanda süd, lobya, fıstıq, yumurtaya qarşı allergiya var. Bunu anlamaq üçün isə yemək yedikdən sonra insan özünə nəzarət etməlidir. Xırıltı, nəfəs darlığı, burun axıntısı kimi əlamətlər müşahidə edilirsə, bu, yeməyə qarşı olan allergiyanın əlamətidir.


Bununla yanaşı astma, udqunmaqda çətinlik, reflüks, infeksiya kimi səbəblər də öskürək yarada bilər.

Belə problemlər 2 həftədən uzun çəkirsə, deməli bunun səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır. Bundan başqa, öskürəkdə qan varsa, həmin şəxs siqaret çəkirsə, mütləq şəkildə həkimə müraciət edilməlidir.

 

Şəhanə Quliyeva