Yeməkdən sonra bunları etmək çox təhlükəlidir

  • 2018.09.27 10:17
  • 15180 Baxış
Yeməkdən sonra bunları etmək çox təhlükəlidir
Yemək yedikdən sonra yatmaq həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə pozulmasına gətirib çıxarır.

 

Medicina.az xəbər verir ki, eyni zamanda yeməkdən sonra yatmaq sürətli kilo artımına səbəb olur.


Yeməkdən sonra çimmək də olmaz. Çünki qəbul edilən duş qan təzyiqini əl və ayaqlara doğru artırır ki, bu da həzm proseslərinə mənfi təsir göstərir.


Qida qəbulundan sonra piyada gəzmək də sizin sağlamlığınız üçün çox təhlükəlidir. Belə ki, yemək yeyən kimi piyada uzun yol qət etmək həzmə ziyan vurur, yediyiniz yeməyin faydasının qalmamasına gətirib çıxarır. Yemək yedikdən 1 saat sonra piyada gəzmək olar.


Bundan əlavə yeməkdən dərhal sonra kəmərinizi açmayın. Kəməri boşaltmaq bağırsaq düyünlənməsinə səbəb ola bilər.


Yemək yedikdən sonra çay içmək də orqanizm üçün ziyanlıdır. İçilən çay qidalarınızla qəbul etdiyiniz dəmir mineralının və zülalların bədən tərəfindən mənimsənilməsini məhdudlaşdırır.


Yeməkdən sonra siqaret çəkmək də orqanizm üçün xüsusi təhlükəlidir. Belə ki, bir siqaret 10 siqaretə bərabər hesab edilir. Və bu da xərçəngə yoluxma riskini artırır.