BölmələrRU
Xidmətlər
 

“Yeməkdən əvvəl şorba içilməlidir” fikri mif imiş - Bunları mütləq bilməlisiniz

Bütün dünyada olduğu kimi Azərbaycan mətbəxində sulu yeməklər özünəməxsus yer tutur. Sağlam qidalanma dedikdə ilk ağla gələnlərdən biri də tərəvəzlərdən hazırlanmış şorbadır. 

Şorba əsəsən soyuq havaların yeməyi sayılır. Çünki şorbalar orqanizmi qızdırır və  bədənin enerjisini bərpa edir. Bundan əlavə hər gün şorba yeməyimiz üçün bir sıra başqa səbəblər də var. 

Medicina.az şorbaların orqanizmə müsbət və mənfi təsirlərini təqdim edir:

• Bir çox tərəvəzlərin tərkibində olan vitaminlər və başqa xeyirli maddələr şorbanın tərkibində öz xeyirli xüsusiyyətlərini itirmir və uzun müddət saxlayır.   

• Şorba əsasən də az su içən insanların orqanizminin maye balansını saxlamaq üçün çox vacibdir. 

• Şorbaların bəzi növləri (toyuq şorbası) öz tərkibinə görə, immunitetə yaxşı təsir göstərərək orqanizmi qüvvətləndirir.

• Şorbalar çox vaxt aşağı kalorili və doyumlu yemək olduğu üçün pəhriz zamanı istifadə edilir. 
 
Картинки по запросу çorba içmek

Amma hər şey bununla bitmir. Şorbaların hər gün  yeyilməsinin xeyirli olması tibb işçiləri tərəfindən  şübhə ilə qarşılanır. Onlardan bəzi məqamlara nəzər salaq: 

- Şorbalar mədəsi xəstə insanlar üçün ən yaxşı qidadır

Əslində isə əgər insan qastritdən və ya mədə xorasından əziyyət çəkirsə, əsasən də ət bulyonunda hazırlanmış şorba qəbulu zamanı mədə şirəsinin ifrazı artır, beləliklə vəziyyət daha da pisləşir.

- Şorbalar digər yeməklərdən tez həzm olunur

Sonuncu araşdırmalara görə, şorba qəbul edilən zaman mədə şirəsinin qatılığı azalır və bu səbəbdən də həzm prosesi zəifləyir. Bunun baş verməməsi üçün əsas yeməkdən əvvəl şorba qəbulundan imtina etmək lazımdır.  

- Şorbalar hər yaşda, əsasən də yaşlı insanlar üçün xeyirlidir

Əksinə, yağlı bulyondan hazırlanmış şorbalar ateroskleroz, qan təzyiqi, podaqra və böyrək xəstəliklərindən əziyyət çəkən qoca insanlar üçün çox təhlükəli ola bilər. 

- Uzun müddətdə hazırlanan şorbalar xeyirlidir

Bu, qətiyyən belə deyil.  Ətin uzun müddət qaynadılması zamanı bulyon antibiotiklərlə, steroid hormonları ilə "zənginləşir”. Sümüyün tərkibindən bulyona ağır metallar, kanserogen və bir çox zərərli birləşmələr keçə bilər. 

Diyetoloqlar yemək yeyərkən şorbadan sonra quru qida ilə qidalanmamağı məsləhət bilirlər. Bu, tənbəl bağırsaq sindromunun meydana çıxmasına səbəb ola bilər. 

Burdan belə bir nəticəyə gəlmək olar ki, "hər əsas yeməkdən əvvəl mütləq şorba yeyilməlidir” fikri isə sadəcə mifdir.  

Arzu
Medicina.az