Yemek yeyəndə su içmək faydalıdır ya zərərli? - Araşdırma

  • 2018.04.12 13:25
  • 22814 Baxış
Yemek yeyəndə su içmək faydalıdır ya zərərli? -  Araşdırma
Elm adamları neçə ildir qida qəbulu zamanı su içməyin zərərli olduğunu bildiriblər. Onlar bunun mədə şirəsini durulaşdırdığını, həzm proseslərinə mənfi təsir göstərdiyini qeyd ediblər.

 


Medicina.az xəbər verir ki,  son zamanlar alimlər bu fikirdən imtina ediblər. Araşdırmalar göstərib ki, mədə şirəsini cüzi durulaşdırmaq üçün 5 l su lazımdır.


Yeni araşdırmalara görə, qida qəbulu zamanı içilən su əksinə həzm proseslərini asanlaşdırır, qanın qatılaşmasının və arterial təzyiqin artmasının qarşısını alır.


Yemək yeyəndə adi su içmək lazımdır, qazlı sular, mineral sular, şirələri içmək  tövsiyə edilmir. Su soyuq olmamalıdır.


Yeməkdən dərhal sonra çay içmək olmaz. Çay qidada olan zülalların və dəmirin mənimsənilməsi proseslərini pozur.