Yayda xəstəliklərdən qoruyan MEYVƏ VƏ TƏRƏVƏZLƏR

  • 2018.06.27 15:49
  • 11003 Baxış
Yayda xəstəliklərdən qoruyan  MEYVƏ VƏ TƏRƏVƏZLƏR
Mütəxəssislər xəstələnmək cəhətdən yay fəslinin daha qorxulu olduğunu bildiriblər. Buna səbəb isə yay fəslində bakteriyaların çoxalmasıdır.

 

Bəs yay aylarında hansı qidalar immunitet sistemini gücləndirərək xəstələnməkdən qoruyur?

 

Medicina.az həmin məhsulları təqdim edir:

 

Kök - İmmun sistemini qoruyur, vücudu zərərli toksinlərdən uzaqlaşdırır.

 

Kələm - Hər növü yeyilməlidir. Çiy halda yemək insan sağlamlığı üçün daha faydalıdır.

 

Gilas - Müvsümündə yeyilən gilaslar bir çox dərmanı əvəz etmək gücünə sahibdir. Qəbizlikdən əziyyət çəkənlər bol miqdarda gilas yeyə bilərlər.

 

Alça - Bəziləri turş alçanın zərərli olduğunu düşünsələrdə əslində bu məlumat tamamilə yanlışdır. Mütəxəssislər turş alçanın yeyilməsində sərhədin olmadığını qeyd ediblər. Ancaq aşağı təzyiqdən əziyyət çəkənlər üçün tövsiyə edilmir.

 

Banan - hər mövsümdə yeyilə bilər. Vücudunuzu zərərli maddələrdən təmizləyərək yenilənməsinə kömək edəcək.