Yaşlı insanlar tullansınlar – Həkim məsləhəti

  • 2019.02.14 10:52
  • 15761 Baxış
Yaşlı insanlar tullansınlar –  Həkim məsləhəti

Bir həftə ərzində cəmi 6 dəqiqə tullanmaq dayaq-hərəkət sistemini möhkəmləndirə və osteoporoz riskini azalda bilər. 


Medicina.az xəbər verir ki, Böyük Britaniyadakı idman mütəxəssislərinin apardıqları eksperimentdə 14 nəfər menopauza keçirən 50 yaşdan yuxarı qadın iştirak edib. Məhz bu mərhələdə osteoporoz riski ən yüksək həddə çatır.


İştirakçılar 3 qrupa ayrılıblar. Onlar əvvəlcə əzələ isinməsi hərəkətləri və müxtəlif formalı tullanma hərəkətləri ediblər. Qadınların bir hissəsindən maksimal hündürlüyə tullanmaq  və bu zaman əllərini açaraq yerə düşərkən dizlərinin qatlanması tələb olunub. Digər qrupdakı qadınlar isə 20 sm-dən yuxarı tullanmayıblar. 3-cü qrupdakı qadınlar isə tullanaraq dabanlarını möhkəm yerə çırpıblar. Qadınlar hər dəfə 10 hərəkət olmaqla 3 dəfə bu hərəkətləri təkrarlayıblar. 


Hərəkət zamanı araşdırmaçılar sümük və əzələləri düşən təzyiqin sümük toxumasının inkişafına nə cür təsir etdiyi araşdırılıb. 

Məlum olub ki, sümüklər üçün ən faydalı hərəkət 1-ci qrupun etdiyi tullanma hərəkətidir. 


Həkimlərin sözlərinə görə, hər tullanmaya 4 saniyə vaxt sərf edilir. Prinsipcə həftədə 3 dəfə olmaqla 30 tullanma hərəkəti osteporozun qarşısını ala bilər.


Arzu

Medicina.az