Yaşılı sarısından daha faydalı imiş - Qışın əvəzsiz meyvəsi naringi

  • 2017.11.27 14:04
  • 26131 Baxış
Yaşılı sarısından daha faydalı imiş -  Qışın əvəzsiz meyvəsi naringi
Qış aylarında immuniteti yüksəldən meyvələrdən biri də naringidir.


Medicina.az xəbər verir ki, mütəxəssislər yaşıl olan naringilərin daha faydalı olduğunu açıqlayıblar. Onların sözlərinə görə, yaşıl meyvə sarıya nisbətən orqanizmə  daha çox xeyirdir.


Çünki yaşıl naringinin tərkibində daha çox C vitamini var. O, ölümcül xəstəliklərə qarşı qalxan rolunu oynayır. Bundan əlavə olaraq qrip və soyuqdəyməni aradan qaldırır.