Yarımürəklə doğuldu - 8 həftəlik olanda yeni ürək köçürüldü

  • 2017.12.04 14:52
  • 17388 Baxış
Yarımürəklə doğuldu -  8 həftəlik olanda yeni ürək köçürüldü
İngiltərədə 8 həftəlik bir körpəyə ürək transplantasiyası edilib. 


Medicina.az xəbər verir ki, buna səbəb Çarli Dousvait adlı körpənin hipoplastik sol ürək sindromu olaraq adlandırılan xəstəliklə, yəni yarım ürək olaraq doğulmasıdır.


Dünyaya gəldikdən 3 gün sonra açıq ürək əməliyyatı keçirilib. Əməliyyat 9 saat çəkib.


Daha sonra 10 dəfə əməliyyat olan Çarlinin yaşamaq üçün tək ümidi ürək transplantasiyası idi. 


Nyukastledə yerləşən xəstəxanada əməliyyat olan uşağın həkimləri körpənin gələn ay evə çıxa biləcəyini qeyd ediblər. Ürəyi bağışlayan ailənin kimliyi bilinmir. Körpənin anası facebook vasitəsilə bu orqanı uşağına bağışlayanlara təşəkkür edib:


"Ən pis zamanında, başqa insanları düşünə bilən bu ailə bizə ən dəyərli hədiyyəni verdi. Bu özəl insanlar üçün təşəkkür etmək azdır”.