Yaddaşı gücləndirir, qanazlığını müalicə edir - Bolqar bibərinin faydaları

  • 2018.05.26 12:20
  • 18865 Baxış
Yaddaşı gücləndirir, qanazlığını müalicə edir -  Bolqar bibərinin faydaları
Yeməkləri və salatları bəzəyən tərəvəzlərdən biri bolqar bibəridir.

 

Bəs bibərin faydaları nədir?

 

Medicina.az bolqar bibərinin insan sağlamlığı üçün yararlarını təqdim edir:

 

 - İmmun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Çünki bu qrup insanlarda immun sistemi daha zəifdir.


- Qırmızı bolqar bibərin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.


- Bolqar bibəri (xüsusilə qırmızı növü) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.


- Adıçəkilən tərəvəz iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.


- Bibərin mütəmadi qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.


- Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.


- Bu tərəvəz sümüklər üçün də çox xeyirlidir.


- Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.