Yaddaş zəifliyinin qarşısının alan hormon tapılıb – Yeni tədqiqat

  • 2017.09.07 09:50
  • 13516 Baxış
Yaddaş zəifliyinin qarşısının alan hormon tapılıb –  Yeni tədqiqat
Yaşla əlaqədar baş verən yaddaş zəifliyinin qarşısını sümüklərin böyüməsini təmin edən hormonla almaq olarmı? Kolumbiya Universiteti Tibb Mərkəzinin əməkdaşlarının apardığı tədqiqat həmin sualın cavabını tapmağa yönəlib.


Mərkəzin eksperti Gerard Karsentin siçanlar üzərində aparılan təcrübələr barədə bunları söyləyib: "Bizim təcrübələr periferik hormonlarla davranışın tənzimlənməsində yeni bir tədqiqat üsulunun tapıldığını göstərir. İnsanlarda olduğu kimi, yaşlı sıçanlarda da yaddaş problemləri var. Video nümunəsində 18 aylıq siçan sualtı platformanı tapmaq üçün çalışır. Digər azyaşlı siçan isə həmin yolu aydın xatırlayır”.


Gerard Karsenti və Kolumbiya Universiteti Tibb Mərkəzinin laboratoriyası yaşlı siçanlar üçün sümük hüceyrələrinin hazırladığı bir hormonla yaddaşın yaxşılaşdırılması üçün sadə yol tapıb. Osteokalsin hormonu sümük hüceyrələrində sintez olunur və onların qurulmasını təmin edir. Osteokalsin beyin yaddaş mərkəzinə gedərək neyronları gücləndirir. İnsanlarda da siçanlarda olduğu kimi yaş artdıqca osteokalsinin səviyyəsi azalır. Lakin tədqiqatçılar yaşlı siçanlara əlavə osteokalsin verərək onların yaddaşını yaxşılaşdırırlar.

 



Xəbəri AZƏRTAC yayıb