Xroniki dəri xəstəliklərinin müalicəsində biotənzimləyici terapiya – Pullu dəmrov, ekzema, neyrodermit

  • 2018.08.24 18:54
  • 49347 Baxış
Xroniki dəri xəstəliklərinin müalicəsində biotənzimləyici terapiya –  Pullu dəmrov, ekzema, neyrodermit
Son zamanlar insanlar arasında yayılmış müxtəlif dəri xəstəlikləri insanları çarəsizcə dermatoloq axtarışına sövq edir. 

Bir sıra dəri xəstəlikləri var ki, uzun müddət müalicəyə tabe olmur, gah yaxşılaşır, gah kəskinləşir. Xroniki ekzemalar, neyrodermit, psoriaz, dermatit – belə növbələşən xəstəliklərdir.


Dəri xəstəliklərinin müalicəsində uğurları olan Bioloji Təbabət Klinikasının  dermatoloqu Daşdəmir Baxşəliyev Medicina.az-a xroniki dermatoloji xəstəliklərin müalicə metodlarından danışdı:

 


" Məlumdur ki, ekzema, neyrodermit, pullu dəmirov kimi dəri xəstəliklərin müalicəsində akademik təbabət hormonal dərmanlardan istifadə edir. Bu da insan orqanizminə zərərdir, qısa müddətli remissiya verir, xəstəlik sonra kəskinləşmə dövrünə keçir. Xəstə məcbur olub hormonal dərmanların dozasını iki dəfə artırır.  Bu isə sonsuz müalicə deməkdir.  Ona görə pullu dəmrovu sağalmayan, çətin xəstəlik kimi qəbul edib, ondan qorxurlar. Pullu dəmrov Yer kürəsi əhalisinin 15%-ni əhatə edir. Son zamanlar Azərbaycanda da, xüsusən gənclərdə yayılıb. 


Bizim klinikada 20-30 ilin xəstələrində öz təcrübəmiz və metodumuzla tətbiq etdiyimiz müalicə ilə uzun müddətli remissiya almışıq. Halbuki onlar ölkədən kənarda da müalicə alıb, faydasını görməmişdilər.


 Dəri xəstəliklərinin müalicəsində Almaniya istehsalı olan  biotənzimləyici preparatlarla yanaşı,  instrumental müalicə üsulları –plazmofarez, ozonterapiya, hidrokolonterapiyadan istifadə edirik. 


Xroniki ekzema, vitiliqo, psoriaz kimi xəstəliklərin müalicəsi üçün konkret vaxt müddəti yoxdur. 8 həftə 1 kurs müalicədir. Bu ambulator müalicədir, xəstə evdə preparatları qəbul edir”. 


Həkim dəri xəstəliklərinin yaranma səbəblərindən də danışdı. Kimlərdə dəri problemləri baş qaldırır?


"Dəri xəstəliklərinin səbəbi çoxdur, birinci yerdə genetik, nəsli faktor durur. Həmçinin uzun müddət zehni, yorucu işlə məşğul olan insanlar, zərərli işdə, kimya sənayesində çalışanlar, mənbəyi məlum olmayan kosmetik vasitələr istifadə edənlər, stressə məruz qalanlar risk altındadır. 


Psoriaz-pullu dəmrovun əmələ gəlmə mexanizmi təbabətə hələ aydın deyil: o məlumdur ki, normalda epidermis qatı 26 gündən bir yenilənir. Bu proses hansısa səbəbdən sürətlənir, yenilənmə artır. Və dərinin buynuz qatı inkişaf edir. 


Bioloji təbabət klinikasında pullu dəmrov xəstələrinin müalicəsi fərdi təyin olunur.  Əsas müalicə taktikası bunlardan ibarətdir: orqanizmin zərərli maddələrdən drenaj olunması, immuntənzimləyici,  daha sonra orqan terapiyası. Dərmanlarımız da təbiidir.  


Təbii ki, xəstəliyin hələ erkən dövründə, ağır hormonal dərmanlar qəbul etməzdən öncə bizə müraciət olunarsa, daha tez və yüksək effekt ala bilərik”.



Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),

Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

Xroniki dəri xəstəliklərinin müalicəsində biotənzimləyici terapiya –  Pullu dəmrov, ekzema, neyrodermit