Xolestrini azaldır, həzmi asanlaşdırır - Şaftalı suyunun faydaları

  • 2018.07.05 23:22
  • 17031 Baxış
Xolestrini azaldır, həzmi asanlaşdırır -  Şaftalı suyunun faydaları
Mövsüm meyvələrinin şirələri insan sağlamlığı üçün əsas vasitələrdən biridir.  

 

Medicina.az xəbər verir ki, C, E və K vitaminləri, fosfor, maqnezium, mis, sink, kalium, manqan, dəmir və kalsium kimi minerallarla zəngin olan şaftalı suyu vücudun immunitetini qoruyur.

 

Bəs digər faydaları nədir?


Xərçəngdən qoruyur


Şaftalı suyunun əsas faydası odur ki, anti-kanserogen təsiri sayəsində sərbəst radikalların səbəb mənfi təsirlərin qarşısını alır. Şaftalı suyu xüsusilə döş, ağciyər və kolon xərçənginə qarşı qoruma təsiri yaradır.


Daha sağlam gözlər


Şaftalı şirəsi göz sağlamlığını qorumasında da xüsusi rol oynayır. Çünki onun tərkibi gözlər üçün faydalı olan beta karoten və karotenoid baxımından zəngindir. O, həm kataraktanın qarşısını alır, həm də yaşla meydana gələn göz zəifliyini aradan qaldırır.


Həzm sistemini tənzimləyir


Həzm sistemini yaxşılaşdırır və bağırsaq xərçənginin qarşısını alır, həmçinin hemoroid və qastrit kimi mədə xəstəliklərinə müalicəvi təsir göstərir.


Arıqladır


Şaftalı suyunu məşqdən sonra içmək faydalıdır. Lif ehtiva etməsi səbəbi ilə uzun müddət tox qalmağı təmin edir.


Xolesterini azaldır


Şaftalı xolesterinin səbəb olduğu hipertoniya, diabet kimi xroniki problemlərin yaranmasına mane olur. Damarları təmizləyərək ürək sağlamlığını qoruyur.