- Angina, faringit, qrip və qurdlara qarşıXına ilə qarqaranın faydası

  • 2018.11.22 17:47
  • 17497 Baxış
 - Angina, faringit, qrip və qurdlara qarşı Xına ilə qarqaranın faydası
Əksər qadınların saç rəngi kimi istifadə etdiyi xına həmçinin bir çox xəstəliklərin dərmanı hesab edilir. 


Medicina.az xəbər verir ki, xına xərçəng, parazit, şəkər xəstəliyinə qarşı qoruyucu vasitədir. İmmunitetin artırılmasında da istifadə edilə bilər.


Hindistanda aparılan araşdırmalardan sonra xınadan hazırlanan qarqaraların boğaz çirki, faringit, bağırsaq qurdu və qızdırma müalicələrinə faydalı olduğu qənaətinə gəlinib.


Türkiyədə nevrologiya üzrə mütəxəssis, professor Okan Bölükbaşı, xınanın baş ağrıları ilə yanaşı bir çox tibbi problemin müalicəsində istifadə edildiyini bildirib. 


Xına yağı - xınadan əldə edilən və müalicə məqsədilə istifadə edilən maddədir. Xüsusilə də revmatizm xəstəliyinə qarşı müsbət təsir göstərir. Yanıq zamanı da bu məhluldan istifadə etməyiniz məsləhətdir.
 - Angina, faringit, qrip və qurdlara qarşı Xına ilə qarqaranın faydası