Xilası üçün pul yığıldı, aparat Türkiyədən Bakıya yola salındı, amma... - 7 yaşlı Aytac dünən gecə vəfat etdi

  • 2018.06.08 14:16
  • 29256 Baxış
Xilası üçün pul yığıldı, aparat Türkiyədən Bakıya yola salındı, amma...  -  7 yaşlı Aytac dünən gecə vəfat etdi

Atipik pnevmaniyadan şoka girən, daha sonra ağciyərləri imtina edən 7 yaşlı Aytac Cəfərovanı xilas etmək mümkün olmayıb. 

Medicina.az xəbər verir ki, uşağı EKMO aparatına qoşmaq lazım olduğundan və aparat Azərbaycanda heç bir klinikada olmadığından xəstənin təcili Türkiyəyə aparılması üçün xeyriyyə aksiyasına başlanılmışdı.

Lazım olan məbləğ yığılsa da uşağın vəziyyətinin çox ağır olması onun digər ölkəyə aparılmasını mümkünsüz edib.

Bu barədə xəstənin müalicə aldığı MediClub klinikası məlumat verib:

"Dünən xarici mütəxəssislərlə keçirilmiş konsilium nəticəsində belə qərara alındı ki, uşağın kritik vəziyyəti onun yola çıxmasına imkan vermir. 

Ona görə Türkiyədən həmin aparatın Azərbaycana gətirilməsi variantı üzərində dayanıldı. Ekstrakorporal Membran Okginasiya aparatı olduqca unikal aparatdır. Dövlət Gömrük Komitəsi də aparatın ölkəyə daxil olması üçün əlindən gələni  əsirgəmədi. Lakin aparatın gəlişinə qədər pasiyentin vəziyyəti pisləşdi və o, dünən gecə vəfat etdi.

Uşağın xilası üçün yardımsevər insanlardan 58.000 manat məbləğ bank hesabına toplanmışdı. Bu vəsait uşağın valideynlərinin istəyi və insanların qərarı ilə digər uşaqların müalicəsi üçün yönəldiləcək”.