Xəstənin mədəsindən 639 mismar çıxdı- VİDEO

  • 2017.11.04 10:22
  • 19009 Baxış
Xəstənin mədəsindən 639 mismar çıxdı-  VİDEO
Hindistanın Kəlküttə şəhərindəki tibb kollecinin həkimləri xəstənin mədəsindən 5 sm uzunluğunda 639 ədəd mismar çıxarıb.


Medicina.az xəbər verir ki,  xəstə mədə ağrısı ilə xəstəxanaya yerləşdirilib. İki saat davam edən əməliyyatdan sonra xəstənin mədəsindən ümumi çəkisi 1,3 kq olan mismar çıxarılıb.


Həkimlər mismarların iti olmasına baxmayaraq xəstənin ağır xəsarətlər almadığını bildiriblər.


Əməliyyat olunan kişinin şizofreniya xəstələyindən əziyyət çəkdiyi vurğulanıb.