Xəstəliklə çarpışan Ramiz Əzizbəyli: “Çox darıxıram” - VİDEO

  • 2019.02.13 09:43
  • 6710 Baxış
Xəstəliklə çarpışan Ramiz Əzizbəyli:  “Çox darıxıram” - VİDEO
 

Ayaq barmağı amputasiya olunan xalq artisti Ramiz Əzizbəyli hələ də yeriyə bilmir.


Medicina.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında aktyor özü deyib:


"Hər gün həkim nəzarətindəyəm. Hələ də yeriyə bilmirəm. Həkimlər deyir ki, 3 aya sağalıb, yeriyəcəm. Bütün günü yatıram. Dostlar, qohumlar zəng edir, halımı soruşurlar. Amma çox darıxıram. Kinodan, yaradıcılıqdan uzaq yataq rejimində olan insan necə ola bilər?”