Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstələrin az məlumatlı olduğu virus – HEPATİT D YAYILIR

  • 2018.11.07 19:18
  • 20714 Baxış
Xəstələrin  az məlumatlı olduğu virus –  HEPATİT D YAYILIR

Belə bir tibbi tandem var, hepatit D hepatit B ilə yanaşı gedir və kifayət qədər ciddi tip olub ağırlaşmalara səbəb olur. Belə ki, əgər xəstədə Hepatit B yoluxması varsa, Hepatit D-ə də yoluxur və ya həssasdır. 


Medicina.az  insanlar arasında elə də geniş tanınmayan, amma artıq yayılmaqda olan bu təhlükəli virus haqda məlumatı təqdim edir. 

Hepatit D-nin daha çox yoluxma yolları bunlardır:


-Donor qanı köçürülməsi. Artıq qan verən insanların əksəriyyətində virus aşkarlandığı üçün hazırda donor qanı əvvəlcədən hepatitlərə görə yoxlanılır. 

-Bir inyeksiya iynəsindən təkrar olaraq bir neçə şəxs tərəfindən istifadə

-Cinsi yolla ötürülmə. 

-Anadan dölə ötürülmə. 

-Tatu və döymələr zamanı, qulaqdeşmə zamanı sterilliyə riayət etmədikdə

-Stomatoloji prosedurda


30% hallarda yoluxma mənbəyi və yolu xəstə və həkimi üçün naməlum olaraq qalır

Yoluxma ilə xəstəliyin inkişafına kimi 2-6 ay vaxt tələb olunur. Kliniki mənzərə elə hepatit B –də olduğu kimidir. Hepatit B ilə D birgə olduqda xəstə üçün ağırlaşma halları ikiqat artır və sonda qaraciyərin sirrozuna kimi gətirib çıxarır. Hələ ki, həkimlərin hepatit D-nin müalicəsi ilə bağlı proqnozları xoş deyi.

 

Diaqnoz və müalicə


Bütün viruslar kimi D hepatitin də müalicəsi ilə infeksionist, hepatoloq və ya qastroenteroloq məşğul olur.  Hepatit D markerli qan analizləri ilə diaqnoz qoyulur, USM edilir, qaraciyər göstəriciləri dəyərləndirilir. 


Əgər xəstəlik kəskin mərhələyə keçibsə, xəstədə ağırlaşma olarsa, stasionar şəraitdə müalicə olunur. 

Müalicədə hepatit B-də tətbiq olunan dərmanlar, daha çox alfa-interferon seçilir.


Hepatit D  hətta kəskin formada olsa da sağalma ilə nəticələnə bilər. Həkimin müalicə sxeminə ciddi əməl edərsə, qaraciyər sirrozundan yayınmaq olar.

Hepatit D qadından kişiyə, kişidən qadına cinsi yolla keçdiyinə görə, ər-arvadın ildı bir dəfə Hepatit D və B analizlərindən keçməsi lazımdır.