Xərçənglə mübarizə aparan aparıcı Türkiyəyə yola düşdü – “Sənə canımı yox, qisas borcumu verəcəyəm”

  • 2018.08.17 15:47
  • 26234 Baxış
Xərçənglə mübarizə aparan aparıcı Türkiyəyə yola düşdü –  “Sənə canımı yox, qisas borcumu verəcəyəm”

ATV-nin aparıcısı Zülfiyyə Bayramova həyat yoldaşı İlqar Mikayıloğlu ilə birlikdə Türkiyəyə yollanıb.


Medicina.az  xəbər verir ki, aparıcı sosial şəbəkədə belə bir status paylaşıb:


"Mən kimsəyə borclu olmağı sevmirəm. Heç sevmirəm. Sənə borcum var, qisas borcum.

 

Ölən anamın qisası, oğul toyu görməyən bacımın qisası, muradına çatmayıb ömrü yarıda qalan gənclərin qisası, körpə balalarını doya-doya sevə bilməyən gəlinlərin qisası, cavan övladlarını torpağa vermiş anaların qisası, ana sevgisini dadmamış anadan yetim qalan körpələrin qisası, bu dünyanın ağı ilə qarasını seçməyə imkan tapmayan balaların qisası.

 

Mən sənə canımı yox, bu qisas borcumu verəcəm".

 

Xərçənglə mübarizə aparan aparıcı Türkiyəyə yola düşdü –  “Sənə canımı yox, qisas borcumu verəcəyəm”