Xərçəngi təyin edən qan analizi – Onkomarkerlər xəstəliyi 3-4 il əvvəldən göstərir

  • 2018.11.16 20:13
  • 94591 Baxış
Xərçəngi təyin edən qan analizi –  Onkomarkerlər xəstəliyi 3-4 il əvvəldən göstərir
Onkimarkerlər bir qrup kimyəvi maddələrdir ki, patoloji dəyişmiş toxumalarda yaranır. Onkoloji markerlər xəstədə xərçəng hüceyrələrinin olub-olmamasını təyin edir.


İlk olaraq bu analizdən keçməklə şiş markerinin qan zərdabında artdığını gördükdə,  xəstədə hər hansı patoloji prosesin başlamasına işarədir və həmin insan ətraflı müayinələrə göndərilir.


Qeyd edək ki, onkomarkerlər həm də residiv və metastazların kliniki aşkar olunması üçün də istifadə olunur. 


Dünyada hazırda daha çox tətbiq olunan effektiv onkomarkerlər:


Yumurtalıq xərçəngini təyin etmək üçün

CA125, CA 724, CA 199 və HE 4


Sübut olunub ki, xəstələrdə CA 125 markerinin səviyyəsi şiş prosesinin başlamasına 3-4 il qalmış yüksəlir.  Həmçinin CA125 sirroz, hepatit, xolestaz, kistlər, endometrioz, mastopatiyada da qalxır.

Eləcə də uşaqlıq boynu xərçəngi, mədə, süd vəzi xərçəngində qalxır.


Vulva və uşaqlıq boynu xərçəngi

Marker: SCC


Çox informativ markerdir, xəstəliyi erkən mərhələdə təyin etməyə imkan verir.


Bağırsaq və düz bağırsaq xərçəngi

Markerlər: PEA, CA 199, CA 125


Kritik yüksək rəqəm artıq metastaz vermiş xəstələrdə olur.  Əgər əməliyyat və müalicədən sonra PEA düşərsə, bu müalicənin effektivliyini göstərir. 

 

Mədəaltı vəz xərçəngi

Markeri: CA 199, PEA


80% pasiyentlərdə artıq şübhələnməyə imkan verir və təsdiq olunub. Ümumiyyətlə, qanda CA 199 markerinin yüksək olması olduqca mənfi proqnozdur. 


Mədə xərçəngi

Markeri: CA 724, PEA, CA 199


Mədəsində şiş olanların mərhələsindən asılı olmayaraq 70%-də CA 724 səviyyəsi yüksək çıxır. 


Eləcə də onkomarkerlərlə böyrəklərin, yumurtaların, süd vəzilərinin, qalxanvari vəz, ağciyərlərin, prostat vəzi, dəri xərçəngi Melanoma kimi onkoloji şişləri bu və ya digər dərəcədə təyin etmək olur.


Amma onkomarker analizi verərkən bunları da nəzərə alın:


-Kəskin və xroniki iltihab proseslərində markerlər yüksələ bilər

-Siqaret, nikotin çəkənlərdə onkimarkerlər çəkməyənlərdən 2 dəfə yüksək çıxır.

-Hamilələrdə AFP markerin artması normadır


-Hətta qan analizində onkomarker göstəricisi normal çıxsa da bu şiş olmadığına tam əminlik yarada bilməz.  

-Ona görə digər əlamətlərə görə, həkimlə məsləhətləşərək müvafiq müayinələrdən keçmək, bu məsələyə kompleks yanaşmaq lazımdır.


Onkomarker analizlərindən ELMED klinikasından sərfəli qiymətə keçə bilərsiz. Analizlər səhər acqarına verilir.


Elmed Klinikası

Binəqədi rayonu, MirCəlal küçəsi 51

Tel: 431 13 77