Xərçəngi necə aldatmaq olar – Nobel mükafatçısı alimlərin kəşfi bunu mümkün edir

  • 2018.10.03 17:00
  • 14716 Baxış
Xərçəngi necə aldatmaq olar –  Nobel mükafatçısı alimlərin kəşfi  bunu mümkün edir
2018-ci ilin səhiyyə üzrə Nobel mükafatını əldə edən amerikalı alim Ceyms Ellison və yaponiyalı Tasuku Xondze immunterapiyanın köməyi ilə xərçəng xəstəliyinin müalicəsinin yeni inqilabi metodikasını irəli sürüblər.


Medicina.az xəbər verir ki, Nobel komitəsi bu iki laureatın kəşfini dünyanın xərçənglə mübarizəsində dönüş yaradacağını bildirib. 

Bu metod bir qrup xərçəng növlərinin müalicəsində köklü dəyişiklik deməkdir. 


Bu metodun qısaca izahını təqdim edirik.

 



Xərçəngə hiylə gəlmək...


 İnsanın immun sistemi özü orqanizmdə mutasiya olunmuş hüceyrələri tapıb, onların qarşısını alır. Sistem belə qurulub. Lakin xərçəng hüceyrələri bu təbii müdafiəni yarmağın yolunu tapıblar, belə deyək, hiylə işlədərək çoxalmağa başlayırlar.


Bir çox şiş hüceyrələri immun sistemi sakitləşdirən, tormozlaşdıran mexanizmi işə salır, yəni immuniteti arxayınlaşdırır ki, təhlükə yoxdur. 

Ellison və Xondze şiş hüceyrələrini aldadaraq, immun sistemin cavab reaksiyasını blok etməyə imkan verməyiblər. Bu kəşf əsl inqilabdır və yeni nəsil dərmanların yaranmasına gətirib çıxarıb. Hələ ki, bu dərmanlar çox əks təsirləri olduğu üçün geniş istifadəyə buraxılmayıb.

 

Lakin artıq onkologiya ilə mübarizədə bu metodun effektivliyi sübut olunub. Bu üsulla hətta sonuncu mərhələdə olan xəstələri də mülaicə etmək mümkün olub. 

 


Əyləc sisteminin təmiri

Ceyms Ellison immuniteti tormozlandıran, T limfositləri sakitləşdirən, yad hüceyrələri tapıb məhv etməyə imkan verməyən  immun nəzarət nöqtələrini tapıb. Əgər bu mexanizm dağılıbsa, orqanizm öz-özünü dağıtmağa başlayır, beləcə sağlam hüceyrə və toxumaların sıradan çıxması başlayır. Bu mexanizm autoimmun xəstəliklərində də eynidir. 


Dərhal yeni elmi araşdırmada bir neçə qrup alim məhz əyləclərin təmiri-bərpası işinə girişdi. Bu yenilik revmatoid artrit, diabet, skleroz kimi digər ağır xəstəliklərin də mülaicəsində inqilab olacaqdı.


Lakin Ellison onların tam əksinə gedərək, bu təbii tormoz sistemini söndürməyi sınamaq qərarına gəlsi. Təcrübə siçanlar üzərində uğurla aparıldı. Xərçəng olan siçanlarda xəstə hüceyrələr immunitetdən gizlənə bilmədilər və onları məhv etmək asanlaşdı.  Qeyd edək ki, Ellison bu sınaqlara 1990-cı illərdə başlayıb.


Paralel olaraq Yaponiyada Tasulu Xondze  İmmun nəzarət nöqtələrinin digər tipini, xarakterini aşkarlayıb. Bu kəşfi üzərindən yaponiyalı professor yeni immunterapiya ilə müalicə metodları hazırladı. 


Baxmayaraq ki, bu metodlar insanda çox güclü yan təsirlər verirdi, amma müalicə limfoma, melanoma, ağciyər xərçənginin müalicəsində çox yüksək nəticələr verdi. Çox ağır ağciyər xərçəngi xəstələri bundan sonra sağalmışdı.


Əsrə bərabər iş

Hazırda Ceyms Ellison texasda Xərçənglə nübarizə Mərkəzinin ummunoloji bölməsinə rəhbərlik edir. Tasuku Xondze isə Kioto Universitetinin İmmunologiya bölməsinin rəhbəridir. 


Onların kəşfi sayəsində hazırlanmış preparatlar təcrübədə uğurla tətbiq olunur. Lakin hələ çox dərmanlar kliniki sınaqlar müddətindədir


" Hələ 10 il əvvəl metastaz vermiş melanoma müalicə olunmurdu. Lakin indi bu iki professorun sayəsində pasiyentlərin real şansı var. Pasiyentlərin 3-də biri bu metodla immunoterapiyadan sonra uzunmüddətli yaxşılaşma müşahidə edirlər, çoxunu isə tamamilə mülaicə etmək mümkün olub – deyə Britaniyalı professor Çarli Suonton bildirib.


Çox alimlər və onların kolleqaları illərdir bu iki professorun nə vaxt Nobel alacaqlarını gözləyirdilər. Onlar buna layiq idi. 


" Bu, hələ aysberqin görünən tərəfidir. Qarşıda bizi bu istiqamətdə çox yeniliklər və dərmanların kəşfi gözləyir. Əsas odur düzgün yolu tapmışıq” – deyə professor açıqlayıb.

Xərçəngi necə aldatmaq olar –  Nobel mükafatçısı alimlərin kəşfi  bunu mümkün edir