Xərçəng xəstəliyinin əlamətləri - Ehtiyatlı olun

  • 2018.09.04 09:22
  • 17031 Baxış
Xərçəng xəstəliyinin əlamətləri -  Ehtiyatlı olun
Dünyanın ən dəhşətli xəstəliklərindən biri olan xərçəngi bir çoxları müalicəsi mümkün olmayan bəla olaraq qəbul edirlər. Halbuki xəstəlik zamanında aşkarlansa, müalicə oluna bilər. Bunun üçün isə insanlar müntəzəm olaraq müayinə olunmalı, həkimlərin məsləhətlərinə əməl etməli, qidalarına və gündəlik olaraq məişətdə istifadə etdikəri əşyalara diqqət etməlidirlər.


Medicina.az Milli.az-a istinadən xəbər verir ki, çox zaman insanlar səhhətində baş verən ciddi dəyişikliklərə belə əhəmiyyət vermirlər. Halbuki ki, bu əlamətlər xərçəng xəstəliyinin göstəriciləri sayılır.


Misal üçün qəfildən iştahın olmaması və çəki itkisi mədəaltı vəzi, mədə, boğaz xərçəngi və ağciyər xərçənginin əlaməti ola bilər.


37.6 və 38.2 dərəcə bədən temperaturu isə müxtəlif infeksiya yoluxmaları ilə bərabər, leykemiyanın (qanda ağ qan cisimciklərinin qırmızı qan cisimciklərinə nisbətən artması) göstəricilərindəndir. Dəridə sağalmayan yaralar, asimmetrik və qeyri-adi rənglərdə olan ləkələr isə dəri xərçəngindən xəbər verə bilər.

Udqunma problemi və xronik səs batması, dodaqlarda sağalmayan yaralar, anormal qanamalar, ağızda ağrı və keyimə, xroniki boğaz iltihabı ağız xərçənginin əlamətlərindəndir.


Sidikdə qan görünəndə çox vaxt insanlar buna əhəmiyyət vermirlər və adi infeksiya yoluxmasının əlaməti olduğunu düşünürlər. Halbuki bu, xərçəngin əlaməti ola bilər. Bədəndə şişlər, dərinin sərtləşməsi süd vəzisi xərçənginin həm ilkin, həm də ən son mərhələsinin göstəricisidir.


Həkimlərin fikrincə, izah edilə bilməyən ağrılar sümük xərçənginin işarəsi ola bilər. Müalicə olunmasına baxmayaraq, keçməyən baş ağrıları isə beyində şişin olmasından xəbər verə bilər.