Xərçəng xəstəliyi nə üçün geri qayıdır? - Araşdırma

  • 2018.06.07 11:12
  • 9136 Baxış
Xərçəng xəstəliyi nə üçün geri qayıdır? -  Araşdırma
İsveçin Lund universitetinin alimləri xərçəng hüceyrələrinin müxtəlif müalicə metodları zamanı sağ qalmasının strategiyasını müəyyən ediblər. 


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "MedicalXpress”in press-relizində məlumat verilib. 


Araşdırmaçılar xərçəng hüceyrələrinin genlərini analiz ediblər. Onlar xəstənin immun sisteminin, kimyəvi terapevtik və digər preparatların əleyhinə yönəlmiş qoruyucu mexanizmlərin inkişafına təkan verəcək genlər qrupunu aşkarlayıblar. Bədxassəli toxumaların böyüməsi nəticəsində mutasiyalar baş verir və klon adlandırılan yeni növ şiş hüceyrələri meydana gəlir. Şişlərin daxilində bir neçə klon ola bilər. 


Məlum olub ki, mutasiyanı şiş toxumalarının sağalma mexanizmlərinə uyğun olaraq 4 qrupa bölmək olar – tolerantlıq, birgə mövcudluq, rəqabət və xaos. Son iki qrup şişlərin yenidən bərpasına kömək edir. 


Tolerantlıq zamanı yeni klonlar şişlərin müəyyən hissəsində əmələ gəlir və öz yerlərini dəyişmir. Birgə mövcudluq zamanı şişlər böyüyür və müxtəlif yerlərə düşürlər.


Rəqabət zamanı yeni klonlar xərçəng hüceyrələrini tamamilə əvəz edir. 


Xaos dövründə isə yeni mutasiyalar baş verir və hüceyrələrin müxtəlif tiplərində eyni anda şişlər meydana gəlir.