BölmələrRU
Xidmətlər
 

Xərçəng xəstəliyi ilə mübarizə aparanların DİQQƏTİNƏ - Ən son texnika və metodlarla ŞİŞLƏRƏ SON

Əgər onkoloji xəstəniz üçün etibarlı, effektiv müayinə və müalicə metodları, rahatlıqla səhhətinizi etibar edəcəyiniz yer axtarırsızsa, Türkiyənin LİV Hospitalının çoxprofilli Xərçəng Mərkəzi ilə tanış olmaq zamanıdır. 

Burada Şişlər üzrə məsləhət şuralarında onlarla uzman onkoloq və cərrahlar pasiyentin A-dan Z-yə bütün müalicə planını ən son protokollara uyğun tərtib edir. 

Hospitalda Radioterapiya müalicəsi yeni cihaz texnologiyası  TrueBeamSTx ilə aparılır. Bütün xərçəng xəstələrinin 70%-i müalicənin müxtəlif mərhələlərində radioterapiya almalı olur. TrueBeamSTx müalicəsi əsnasında şişə istənilən sıxlıqda sürətli doza tətbiqi oluna bilir.

Bu tətbiq zamanı, sağlam toxumaların maksimum qorunması təmin edilir.

TrueBeamSTx  sinxron hərəkət metodu sayəsində ağciyər, süd vəzi, prostat və onurğa kanalının xərçənginin müalicəsində effektivdir; radioterapiya tələb edən bütün xərçəng növlərinin müalicəsində istifadə edilir. 

Kimyaterapiya, yəni şişin dərmanla yox edilməsi; damardan, ayaqdan tətbiq olunan, ağızdan  və qarının içindən tətbiq olunan növləri vardır.
 
Kimyaterapiyada vacib olan yan təsirlərdən qorunmaqdır. Liv Hospital Onkoloji Xəstəlikləri şöbəsi, uzman onkoloqlar tərəfindən edilən Kimyaterapiya müalicəsi xəstəni qoruyaraq, şişin yayılmasının qarşısını almaq, inkişafını yavaşıtmaq və cərrahi-radiasiya əməliyyatlarından sonra geridə qalan şişləri təmizləməyi nəzərdə tutur.

İNTRA OPERATİV RADİOTERAPİYA (IORT)-) xərçəng cərrahiyyəsi zamanı tətbiq olunan radioterapiyadır. 

Məqsəd əməliyyat zamanı tam olaraq çıxarılmadığı düşünülən hissədə şiş yatağının şüalandırılmasıdır. 

Xəstəliyi mikroskopik şəkildə yox edər. Bu vaxt sağlam orqan və toxumaları qoruyar. IORT mədə, pankreatit, bağırsaq, döş, yumşaq toxuma, ağciyər, pediatrik və ginekologiya xərçənglərində tətbiq olunan müalicədir. Xəstənin həyat keyfiyyətini yaxşılaşdırır, çünki davamlı şüa terapiyası və dərmana ehtiyacı olan xəstələrdə görünən yan təsirləri aradan qaldırır.

Hospitalın Xərçəng cərrahiyyəsi bölməsində laporoskopik və robotik cərrahi əməliyyatlar tətbiq edilir. Burda xəstələrin qalma müddəti və əməliyyat sonrası yaxşılaşma müddəti sürətli olur. 

● Beyin şişləri
●Baş və boyun şişləri
● Qalxanvari vəz Xərçəngi 
● Ağciyər Xərçəngi
● Süd Vəzi Xərçəngi
● Həzm Sistemi xərçəngi
(Yemək borusu - mədə - kolorektal - pankreatit)
● Qaraciyər və öd yollarının xərçəngləri
● Ginekoloji Xərçənglər

-Uroloji Xərçənglər üzrə ən çətin əməliyyatlar burda peşəkar heyət tərəfindən olunur.

LİV Hospitalda son metod olan HİPEK də uğurla həyata keçirilir. 

Hyperthermal intraperitoneal kimyaterapiyası, yəni HİPEK, əməliyyat zamanı qarına (abdominal) tətbiq edilən isti kimyoterapiya üsuludur.

Bütün bədəndə  dolaşan-yayılan  sistemik kimyaterapiyadan fərqli olaraq, HİPEK bilavasitə yalnız qarın içindəki (abdomendəki) xərçəngi hüceyrələrinə nüfuz etməkdədir. Bu üsul sayəsində, daha yüksək dozada kimyaterapiya tətbiq edilə bilər. Məhlulun istiləşməsi/ isidilməsi xərçəng hüceyrələrində kimyəvi terapiya dərmanının absorbsiya dərəcəsini artırır və əməliyyatdan sonra qarında  qalan mikroskopik ölçüdə xərçəng hüceyrələrinin aradan qaldırmasını təmin edir.    

Ağrı İdarəetmə Klinikası, xərçənglə əlaqəli ağrılara nəzarət etmək və xəstənin həyatını ən yaxşı şəkildə davam etdirməsini hədəfləyir. Klinika xəstələrə tətbiq olunan müalicələrlə həyat keyfiyyətini itirmədən müalicəyə davam etməyə imkan verir.

XƏRÇƏNGLƏ SƏFƏRƏ DƏSTƏK PROQRAMI

Liv Hospital xərçəng diaqnozunu yeni almış və ya müalicəyə başlayan insanları "Xərçəng Səfərinə Dəstək Proqramına" dəvət edir. Hər cümə axşamı təşkil olunan paylaşım qruplarında müalicəsini bitirmiş insanlar və klinik psixoloqlar, müalicə prosesində olan insanlara dəstək verir. İştirakçılar öz hekayələrini, təcrübələrini bölüşür. Minlərlənin  mübarizəsi sizə ümid ola bilər. 

LİV Hospital xərçəngin profilaktikası məqsədilə bütün ailə üzvlərinin skrininqini həyata keçirir. Onkoloji xəstəsi olan ailədə, nəsildə risk altında olan insanlardan genetik analizlər alınır. LİV Hospital insanın gen xəritəsini hazırlayaraq, xərçəngin erkən aşkarlanması və profilaktilkasını asanlaşdırır. Ona görə az da olsa şübhəniz varsa, qısa müddətdə Gen xəritənizi hazırlatdırıb, sağlamlığınızdan arxayın ola bilərsiz.