Xərçəng olmaq istəməyənlər üçün möcüzə şərbət - Həkimdən RESEPT

  • 2019.03.16 18:05
  • 20612 Baxış
Xərçəng olmaq istəməyənlər üçün möcüzə şərbət -  Həkimdən RESEPT
Xərçəng xəstəliyi elə bir xəstəlikdir ki, belə xəstələr sanki gözləri ilə hamıdan yardım istəyirlər. Mən deyərdim dəhşətli bir xəstəlikdir, bunu yalnız xəstələr və xəstələrə qulluq edən yaxınları bilir.


Medicina.az xəbər verir ki, həkim naturopat Füzuli Hüseynov bu reseptdən istifadə edən xərçəng xəstələrinin artıq illərdir ki, rahat həyatlarına davam etdirdiklərini bildirib. Xatırladım ki, bu şərbəti siz kimyaterapiya alsanız da içə bilərsiniz, amma yenə də həkiminizlə məsləhətləşsəniz yaxşı olar.


Şərbətin çox xoşagələn dadı, ətri və təravətləndirici bir təsiri vardır. Şərbətdən nəinki xərçəng xəstələri, ailədə hər bir insan hətta körpələrinizə, hamilə xanımlara belə verə bilərsiniz.


Şərbət bütün il boyu hər gün içilməsinə baxmayaraq, təzə meyvə kimi bütün minerallarını və vitaminlərini qoruyub saxlamışdır. Lazım olan giləmeyvələr mütləq təzə olmalıdır, tapmasanız yalnız itburnu və yemişan meyvəsinin qurusundan da istifadə edə bilərsiniz.


 

Lazım olanlar:


Böyürtkən təzəsi – 10 kq


Moruq – 10 kq


Qara qarağat – 7 kq


Çiyələk – 10 kq


Rus alçası – 7 kq


Qırmızı qarağat – 5 kq


Xar tut – 7 kq


İtburnu meyvəsi – 2 kq


Yemişan meyvəsi – 2 kq



Deməli, əvvəlcə itburnu və yemişandan başqa bütün giləmeyvələr ət maşınından keçirilir, sonra ələkdən keçirilir, qabıq və çeçəkləri təmizlənilir. Daha sonra itburnu və yemişan meyvələri 7 litr suda bir saat dəmlənilir, sonra isə süzülür, soyudulur və hamısı bir-birinə böyük bir qazanda qarışdırılır.


Qarışdırıb qurtardıqdan sonra 250 qramlıq bir parç (qruşka) ilə pinqvin salafanlara və ya kağız stəkanlara tökülür, ağızları bağlanılır və soyuducunun buzxanasına qoyulur.


Donmuş şərbət soyuducudan götürülür, balaca bir qazana soyuq su töküb, şərbəti qazana əlavə edir və çox zəif odun üstünə qoyub donu açılana qədər gözləyin, sonra stəkana töküb səhər yeməyindən yarım saat əvvəl için.

 

Xərçəng olmaq istəməyənlər üçün möcüzə şərbət -  Həkimdən RESEPT