Xalq artisti xəstəxanaya yerləşdirildi

  • 2018.01.16 16:14
  • 15597 Baxış
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.


Medicina.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib.


Onun sözlərinə görə, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb: "Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki ağırdır. Yüngülləşsə, palataya köçürüləcək”.


Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.