BölmələrRU
Xidmətlər
 

Vücudunuzdakı zərərli maddələrdən bu üsulla xilas olun

Limon və sarımsaq insan orqanizmini qoruyan qalxandır. İki məhsuldan hazırlanan qarışımla isə bir çox problemlərdən azad ola bilərsiniz.

Medicina.az sarımsaqla limon qarışımının faydalarını təqdim edir:
 
Tıxanmış damarları açır - Limon suyunun içinə sarımsaq atıb içəndə tıxanan damarlar açılır. Damar sərtlikləri və hiper qan təzyiqinin qarşısı alınır. Xolesterol və lipidi azaldır, zərərli yağların sürətli bir şəkildə yandırılmasını təmin edir.

Xərçəngli hüceyrələrdən qoruyur - Limon və sarımsaq təbii antioksidandır. Tərkibindəki C vitamininin mikrobları öldürən xüsusiyyəti var.
 
Böyrəkləri təmizləyir - Daşları əridir, idrarı təmizləyir, orqanizmdəki şişkinliyi yox edir və toxumalarda iltihab yaranmasının qarşısını alır.
 
Həmçinin kirəclənmənin qarşısını alır. Bunun üçün sarımsağın üzərinə limon sıxaraq yeyin. Və ya limon suyunun içərisinə sarımsağı xırda formada doğrayıb içə bilərsiniz.