"Övladımızı xilas edin" - - FOTO 7 yaşlı Aydana görə Prezident xə xanımına müraciət

  • 2017.10.05 15:07
  • 17076 Baxış
"Övladımızı xilas edin" - - FOTO  7 yaşlı Aydana görə Prezident xə xanımına müraciət
Cəbrayıl rayon köçkünü 7 yaşlı Mehdizadə Aydan Ramil qızı ağır xəstəlikdən əziyyət çəkir.

Medicina.az xəbər verir ki, bu barədə mia.az-a məlumat verən atası Mehdizadə Ramil deyib ki, bütün problemlər üç ay öncə başlayıb: 

"Üç ay əvvəl uşaqda qəflətən baş ağrısı olub, sudurga keçirib. Birinci dəfə həkimə xəstəxanaya apardıq, ilk müayinə zamanı beyninə qan sızdığı bilinmədi. Amma sonradan məlum oldu ki, uşağın beyninə qan sızıb. Uşağı ölümcül vəziyyətdə Bakıya gətirdik. Neyrocərrahiyyə xəstəxanasına gətirdik. Bir sutka orda qaldı, müayinələr aparıldı, səhəri əməliyyat olundu. Uşaq 55 gün komada qalıb, sonra ayılıb. İki aydan çox neyrocərrahiyyə xəstəxanasında yatandan sonra evə yazdılar. Evə gətirəndən sonra uşağın halı yenidən pisləşdi. Bu səbəbdən də yenidən Bakıya qaytardıq. Müayinələr oldu, yenə də evə yazdılar. Amma baxıram ki, uşaq da heç bir irəliləyiş yoxdur. Uşağı həyat funksiyaları demək olar ki, yoxdur. Xəstəxanada bütün iynə dərmanı özümüz almışıq. Maddi imkanlarımız tamamilə tükənib. Bu üç ay ərzində nəyimiz var idi satmışıq. Bu bir tərəfə, uşaq da günü gündən əriyib gedir”.

R.Mehdizadə Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyirlər: "Möhtərəm prezidentimizdən, birinci xanımdan xahiş edirik ki, bizə yardım eləsin. Məcburi köçkünük, maddim imkanlarımız sıfıra bərabərdir. Bizə yardım əllərini uzatsınlar. Biz heç nə istəmirik, övladımızın sağlamlığına qovuşması üçün imkan daxilində bizə kömək eləsinlər”.