Vitamin D3, kalsium, maqnezium, sink çatışmazlığının əlamətləri – Müalicəsi cəmi bir preparatda

  • 2019.01.12 15:39
  • 56785 Baxış
Vitamin D3, kalsium, maqnezium, sink çatışmazlığının əlamətləri –  Müalicəsi cəmi bir preparatda

Son zamanlar pediatrların uşaq və yeniyetmələrdə vitamin D, kalsium, maqnezium kimi  orqanizm üçün həyati əhəmiyyətli vitaminlərin defisiti diaqnozu qoyaraq, təcili olaraq əlavə vitaminlər qəbulu təyin edir.


Uşaqlarda bu vitaminlər çatışmadıqda nələr baş verir?


Kalsium – sümük inkişafının əsas komponentidir. O çatışmadıqda, boy artımı pozulur, sümük toxumalarının sıxlığı azalır, sümük əriməsi osteoparozun yaranmasına səbəb olur.

 

Kalsium özü həm də vitamin D və maqnezium mənimsənilməsi, kalsium mübadiləsinə rol oynayır. Sümüklərin, diş emalının, dırnaqların, sinir-əzələ keçiriciliyində, qanın laxtalanmasında, fermentlərin və endokrin vəzilərin aktivasiyasında iştirak edir. İltihab əleyhinə, stresə qarşı təsir edir.


Vitamin D 3- orqanizmdə kalsium və P  mübadiləsinin tənzimləyicisidir, D 3 kalsiumun bağırsaqlardan sovrulmasını sürətləndirir.

   Bu vitamin sümüklərin minerallaşmasında, uşaqlarda skeletin və dişlərin formalaşmasını təmin edir, ossifikasiya prosesini gücləndirir, qalxanvari vəzinin normal işləməsini təmin edir.


Maqnezium – kalsium metobolizmində, sümüklərin böyümə və minerallaşmasında iştirak edir, Vitamin D 3 ilə birgə sümük homeostazını təmin edir, böyrəklərdə oksalat duzlarının əmələ gəlməsinin qarşısını alır.


Sink – orqanizmdə ümumi möhkəmləndirici rol oynayır, sümüyün əmələ gəlməsində əsas ferment olan fosfastazanı aktivləşdirir. Uşaqlarda böyüyənə kimi skeletin fasiləsiz yenilənmə prosesini bi element təmin edir.


Medicina.az xəbər verir ki, artıq Azərbaycanda  bütün bu vitamin və mikroelement defisitini aradan qaldırmaq üçün hamısı birində VEKARMOL adlı Türkiyə istehsalı yeni preparat təqdim olunub.


Bu preparatı həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.

 



Hansı xəstəliklərdə VEKARMOL göstərişdir:


-Raxitin müalicə və profilaktikası 

-Osteoparozun müalicəsində

-Uşaqlarda kalsium defisiti əlamətləri - əmgəyin gec bağlanması, dişlərin gec çıxması, boy artımının ləngiməsi

-Dişlərin və sümük sisteminin düzgün inkişafı


-Sınıqlar, çıxıqlar

-Karieslər

-Hormonal və qıcolma əleyhinə preparatların qəbulu zamanı

-Hamiləlik və laktasiya dövründə


Dozalar: 


Uşağın yaşına və probleminə uyğun təyin olunur. Böyüklər üçün gündə 2 dəfə 10 ml.


Əgər uşaqda D3 vitamini və kalsium çatışmazlığı təsdiq olunarsa, Vekarmolu sınayın.

 

 

Vitamin D3, kalsium, maqnezium, sink çatışmazlığının əlamətləri –  Müalicəsi cəmi bir preparatda
Vitamin D3, kalsium, maqnezium, sink çatışmazlığının əlamətləri –  Müalicəsi cəmi bir preparatda