BölmələrRU
Xidmətlər
 

Viaqra qadınlara necə təsir göstərir? - Ehtiras gətirən həblərlə bağlı inanılmaz faktlar

Son zamanlarda kişilər arasında erektil disfunksiya (cinsi pozğunluq) geniş yayılıb. Əsasən də 40 yaşdan yuxarı şəxslərdə bu hala tez-tez rast gəlinir. Əsas səbəbləri isə stress, qeyr-düzgün həyat tərzi, alkoqol siqaret istifadəsi hesab edilir. Bu zaman isə bir çoxlarının köməyinə cinsi həvəsi artıran həblər gəlir. 
 
Medicina.az xəbər verir ki, çoxlarına tanış olan Viaqra preparatı daha əvvəllər arterial hipertenziya və stenokardiyanın müalicəsi məqsədilə istifadə edilib. Sonradan isə preparatın kişi cinsi orqanlarına güclü təsir etdiyi məlum olub. Beləliklə də 1998-ci ildən preparat Viaqra adı ilə ABŞ bazarlarında kütləvi satışa çıxarılıb.  

Viqaranın tərkibində olan kimyəvi maddələr penisin əzələlərinə təsir göstətərək, qan axımını sürətləndirir və ereksiya halı yaşadır. Viqara yalnız cinsi aktivliyi artıran preparat deyil, o həm də bir sıra maraqlı xüsusiyyətləri ilə tanınır: 

-Xərçəng əleyhinə təsir göstərir – araşdırmaların hələ ki, ilkin mərhələdə olmasına baxmayaraq, Amerika alimləri Viaqranın prostat vəzi, mədə və yumurtalıq xərçənginin qarşısını aldığını ehtimal edirlər. 

-Məlum olduğu kimi pandalar çox utancaq heyvanlardır. Viqara hətta utancaq pandaların ehtirasını artıraraq onları cütləşməyə təhrik edir.

- İdmançılar uğur əldə etmək üçün bir çox üsullara əl atırlar. Bu üsullardan biri də yarış qabağı viaqra preparatının qəbuludur. 
 


-Bəzi mütəxəssislər cütlüklərə uşaq sahibi olmaq üçün Viaqra qəbul etməyi məsləhət görürlər. Səbəbi isə Viaqranın tərkibində olan sildenafil maddəsinin uşaqlığa müsbət təsiri ilə izah olunur.

- Viaqra preparatı neonatalogiyada da istifadə edilir. Belə ki, bədən kütləsi kifayət qədər böyüməyən, vaxtından əvvəl doğulan uşaqların normal inkişafı və daxili orqanlarının yetişməsi üçün tətbiq edilir. 
 
- Apteklərdə qadınlar üçün nəzərdə titulmuş ehtiras artıran həblər əslində heç bir işə yaramır. Bunu sadəcə bir marketinq hiyləsi də adlandırmaq olar.

Bütün bu sadalanan müsbət xüsusiyyətlərlə yanaşı Viqaqranın mənfi və çox təhlükəli tərəfləri də var. Məsələn: ürək-damar problemləri olan şəxslər preparatın qəbulunda çox diqqətli olmalıdırlar. Çünki Viaqra insult və infarkt riskini artırır. Son vaxtlar bu həblərin təsirindən ölüm halları atmaqdadır. 

Buna görə də həkim məsləhəti vacibdir.