Viaqra korluğa qarşı dərman ola bilər - Effekti sübut olundu

  • 2018.08.16 17:09
  • 11861 Baxış
Viaqra korluğa qarşı dərman ola bilər -  Effekti sübut olundu
Medicina.az xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin alimləri açıqlama verib. Onlar insanın görmə orqanında yaşlanma ilə bağlı makulyar degenerasiyanın müalicəsində Viaqra ilə əldə etdikəri müsbət effekti Nyu-Yorkda nümayiş etdiriblər.


Bu gün bu xəstəlik yaşlı insanlarda korluğa səbəb olan ən çox yayılmış patologiyadır. Xəstəlik uzun illər ərzində inkişaf edir. Quru və yaş forması olur. Kəskin formasında insanın 3 ay ərzində tamam kor olmasına səbəb olur. 


Ekspertlər düşünüb ki, Viaqra gözdə qan dövranını aktivləşdirə bilər və buna görə də bu xəstəliklə mübarizə üçün uyğundur. 


Təcrübədə 2 il ərzində 5 xəstəyə hər gün 2 tablet viaqra qəbul etdiriblər. Onlardan dördündə xəstəliyin inkişafını saxlamaq olub, birinin isə hətta zəifləmiş görməsi yaxşılaşıb.


Tibbdə bu xəstəlik üçün mövcud olan preparatı hər ay boynun arxasına vurmaq lazımdır. Viaqranı qəbul etmək isə asan, həm də ucuzdur. Alimlər ümid edir ki, bu araşdırma daha geniş masştabda aparılacaq və xəstəliyin qarşısının alınması üçün kliniki nəticələr əldə olunacaq.