Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi – Psoriaz, təzyiq, haymorit, bronxit, xərçəng

  • 2018.09.13 18:16
  • 37115 Baxış
Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi –  Psoriaz, təzyiq, haymorit, bronxit, xərçəng
Arı mumu – propolis orqanizmin özünümüdafiə, özünü sağaltma funksiyalarını işə salır, maddələr mübadiləsini yaxşılaşdırır, toxumaların bərpasını, yaraların sağalmasını tezləşdirir, qandan xolesterini qovur.


Medicina.az xəbər verir ki, onun ən unikal xüsusiyyəti isə xərçəng hüceyrələrinə qarşı mübarizəsidir. Vələmum şiş hüceyrələrini azaldır, məhv edir. Müntəzəm olaraq müvafiq qaydalarla vələmum qəbul etsəz siz orqanizminizi virus və bakteriyalardan qorumuş olacaqsız.


Vələmum hansı formada olur:


Arı məhsulları satanlarda elə təbii formasında – yumru kürə formasında, ya da qırıntı formasında. Dadı acı, yandırıcıdır. Vələmuma başqa nəsə qatılmamalıdır. Əgər çirklidirsə, onu 4-5 dəfə qaynatmaqla təmizləyirlər.

Həmçinin apteklərdə vələmum cövhəri və spirtdə cövhəri satlır.


Eləcə də tablet formasında preparatlar olur.


Süddə vələmum: 


Ən geniş yayılmış istifadə üsuludur.  20 damcı vələmum 1 stəkan isti südə qatılır və yatmazdan əvvəl içilir. Bu qarışım əsəbləri də sakitləşdirir. 10 gün içdikdən sonra fasilə verin. 


Psoriazın müalicəsi üçün:


Hər gün 0,5 qr təmiz bərk vələmumu yeməkdən sonra 2 dəfə daxilə qəbul edirlər. 

Həmçinin dəriyə propolisli məhlulu tampon kimi qoyurlar. 


Xroniki anginanın müalicəsi


Faringit, laringit, rinit, tonzillit 30% li vələmum cövhəri ilə müalicə olunur. Cövhəri 1:1 ə nisbətdə su ilə qatıb, boğazı, burunu  bu su ilə qarqara edib yuyurlar. 


Ağız boşluğu yaralarında


Gingivit, stomatit, kandidoz, parodontozda 50 qram təmiz vələmumu 80 ml 70 dərəcəli spirtdə qoyub, 10 gün saxlayırsız. Hər gün qarışdırılır. 10 gün sonra tənzifdən süzüb, bu məhuldan pipetka ilə ağız boşluğundakı yaraya töküılürr. Orda vələmumdan qat əmələ gəlir. Bu bir sutka qalır. 7-8  prosedurdan sonra tam sağalma olur.


Dəri xəstəliklərində


Vələmum hər hansı bitki yağı ilə qarışdırılıb maz düzəldilir. Dermatoz, yara, çapıq, ekzema və s dəri promlemlərində həmin  nahiyəyə qalın çəkilir, üzərindən perqament kağızı qoyulur. Müalicə kursu 1 aydır.


Mədə xorası zamanı


10% li vələmum cövhərini 10:1-ə nisbətdə kərə yağı ilə qarışdırıb, qaynadırsız. Sonra tənzifdən keçirib, soyudursuz. Hər gün 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 20 damcı suya qatıb içirsiz. Kurs 1 aydır. Nəzərə alın ki, vələmum mədə turşuluğunu artırır. Turşuluq çoxdursa, qəbul etməyin.


Haymoritin müalicəsində:

Irinli, axıntılı haymoritdə 10%li vələmum cövhəri şprisə yığılıb, iynəsiz olmaqla, burun ciblərinə yeridilir. Bu prosedur bir gündən bir olunmalıdır. 

Eləcə də 20% lik vələmum cövhərini bir az günəbaxan yağında qarışdırıb, azca isidərək, buruna damcılatmaq olar. 


Radikulitdə


Ağrıyan nahiyəyə təmiz vələmumu lavaş kimi yayıb qoymaq, üzərindən nazik kağız qoyub, isti bağlamaq lazımdır. Kurs 10 gecə. 


Bronxit, ağciyər vərəmi


Bunun üçün sizə inqalyator aparatı lazımdır. Aparata 60 qr vələmum qoyulur, onun buxarı ilə səhər-axşam 10 dəqiqə inqalyasiya olunur. 

 


Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi –  Psoriaz, təzyiq, haymorit, bronxit, xərçəng
Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi –  Psoriaz, təzyiq, haymorit, bronxit, xərçəng