Vegeterian qadınlar hamilə vaxtı necə qidalanmalıdır? - Həyat tərzini dəyişməyə ehtiyac yoxdur

  • 2019.02.18 09:38
  • 8441 Baxış
Vegeterian qadınlar hamilə vaxtı necə qidalanmalıdır? -  Həyat tərzini dəyişməyə ehtiyac yoxdur

 

Hamiləlik zamanı ana orqanizminin qidalı maddələrə olan təlabatı artır. Ana bu dövrdə daha çox enerji və qidalanmaya ehtiyac duyduğuna görə fərqli qidalanmalıdır. Qadının lazımi qədər qidalanmaması onun çəkisinin azalmasına səbəb olur ki, bu da anemiya, diş çürüməsi, sümük zəifləməsi kimi xəstəliklərə yol açır.

 

Vegeterian qidalanma tərzinə malik olan qadınlar hamiləlik zamanı daha çox çətinliklərlə üzləşirlər. Buna görə də onlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. 


Medicina.az vegeterian qadınlara ana olarkən nə ilə qidalanmalı olduqlarını açıqlayır: 


1) Süd və yumurta 


Kalsium və B12 vitamini həm ama həm də körpə üçün çox önəmlidir. Vegeterian anaların hamiləlik boyunca bu maddələri almaları çox asandır. Yumurta, süd və süd məhsulları vegeterian analar üçün ən yaxşı qida hesab edilə bilər. 


2) Vitamin və mineralları qidalardan alın 


Vegetarian qidalanma daha az kalori və yağ tərkiblidir. Hamiləlik boyunca anaların bir gündə əlavə 300 kaloriyə ehtiyacı var. Əgər hamiləlik zamanı orqanizm lazımi enerjini almazsa o zaman döl yaxşı inkişaf edə bilmir. Buna görə də qəbul edilən qidaların vitamin və mineral tərkibini bilmək və qida rasionunu ona görə tərtib etmək tələb olunur. 


Körpənin sinir sisteminin yaxşı inkişaf etməsi üçün mərcimək və lobya: Fol turşusu, sinir sonluqlarının zədələnməsinin, beyin və onurğadakı anormallıqların qarşısını almağa kömək edən bir vitamindir. Hamiləliyin 2-ci və 3-cü ayından əvvəl 400-800 mqr fol turşusuna ehtiyac duyulur. Sonrakı aylarda gündəlik 600 mikroqram yetərli olur. Mərcimək, sitrus meyvələri, brokoli, yaşıl yapraqlı tərəvəzlər, pomidor şirəsi fol turşusu ilə çox zəngindir.

 

Sümüklər üçün süd və badam:  Körpənin və ananın güclü sümük və dişlərinin olması üçün kalsiuma ehtiyac var. Kalsium eyni zamanda qan dövranı, əzələ və sinir sistemlərinin normal işləməsinə kömək edir. Əgər bu müddətdə kifayət qədər kalsium alınmazsa körpənin ehtiyacı ananın bədənində olan sümüklərin hesabına ödəniləcək. Gündəlik tələb olunan 1000 -1200 mqr kalsium, süd və süd məhsullarından, badam, ispanaq, kərəviz, şüyüd kimi tərəvəzlərdən alına bilər.

 

Dəmir əksikliyini noxud və bəkməzlə ödəyin: Hamiləlikdə dəmirə olan ehtiyac 2 dəfəyə qədər artır. Tövsiyə edilən gündəlik miqdar 30-60 mqr-dır. Bəkməz, yulaf, noxud, kabak, reyhan, soya dəmir ilə  zəngin bitkilərdəndir. 


D vitaminsiz qalmayın: D vitamini, orqanizmdə kalsiumun sovrulmasını təmin edən maddədir. Günəş işığının təsiri ilə əmələ gəlir. Bir çox süd məhsulları, yumurta, göbələk D vitamini ilə çox zəngindir. 


Arzu

Medicina.az