BölmələrRU
Xidmətlər
 

“Varikoz yalnız ayaqlarda olmur, cinsiyyət üzvlərində də yaranır” - Müsahibə

Qadınların əzəldən bəri kabusuna çevrilmiş xəstəliklərdən biri də varikozdur. Ayaqlarda olan kapillyar və venaların tor şəklində ayağı bürüməsi yalnız estetik cəhətdən deyil, həm də funksional problemlər yaradır. 

Medicina.az əsasən də qadınların xəstəliyi hesab edilən varikoz haqda cərrah-fleboloq Günel Nəbiyevadan bəzi suallara cavab alıb: 

- Günel xanım, varikoz nədir? Əsasən kimlərdə meydana çıxır? Ayaqlardan başqa hansı orqanlarda olur? 

- Damar genişlənməsi tibbdə varikoz xəstəliyi adlanır. Əsasən ayaqda yerləşən vena damarlarında müşahidə edilir. Amma ayaqlardan başqa vena damarlarının genişlənməsi kişi və qadınlarda cinsiyyət üzvlərində də müşahidə edilir. Qadınlarda uşaqlığın içərisində, kişilərdə isə testislərdə (xayalarda) venaların  genişlənməsinə təsadüf oluna bilər.  Bu xəstəliyin adı varikosel xəstəliyi adlanır. 

Vena damarının divarında təzyiq artanda, yəni venaya düşən yük artdıqda vena damarının divarı genişlənməyə başlayır. Genişləndiyi təqdirdə vena damarının içərisində olan qanın yuxarı, yəni ürəyə doğru hərəkətini təmin edən klapanların funksiyası itdiyinə görə, qan təzyiqlə hərəkət edə bilmir. Bu səbəbdən də qan damarda geriyə doğru qayıdır və durğunluq artır. Bu səbəbdən də damar divarının elastikliyi itir, qıvrılaraq dəri altından görünməyə başlayır. Beləliklə də insanda varikoz xəstəliyi meydana çıxır. Bu xəstəliyə həm qadınlarda, həm də kişilərdə təsadüf oluna bilər. Bu yaxınlarda hətta mənə müraciət edən xəstələr arasında 12 yaşlı bir oğlan uşağı da vardı. 
 
Картинки по запросу varikoz

- Bu xəstəlik sadəcə olaraq xoşagəlməyən görünüşlə məhdudlaşa bilərmi? 

- Varikoz xəstəliyi iki cür olur: retikulyar varikoz və adi varikoz. Retikulyar varikoz və ya digər adı ilə dəriiçi varikoz zamanı ayaq dərisində nəzərə çarpan damar torları və ulduzşəkilli  damar yığınları müşahidə edilir. Belə ki, bu zaman yalnız dəridə olan kapilyarlar elastikliyini itirərək dəri səthindən görünür.
 
Bu hal xəstəlik hesab edilmir və ayaqlarda heç bir diskomfort hissi yaratmır. Sadəcə olaraq ayaqlarda olan estetik görüntü korlanır. Bu problemdən əziyyət çəkən insanlar yalnız xoşagəlməz görüntüdən  narahat olurlar. 

Varikoz xəstəliyi isə daxili venaların genişlənməsidir. Bu isə artıq xəstəlik hesab olunur və bir sıra fəsadlara gətirib çıxara bilər. Bunlara tromboflebit, trofiki xoralar və ən təhlükəlisi vena daxilində əmələ gələn trombun ağciyər arteriyasına düşməsi ola bilər. Sonuncu halda letal nəticə əldə edilə bilər.   

- Varikoz xəstəliyinə ən çox kimlərdə rast gəlinir? 

- Bu xəstəliyə qadınlarda daha çox rast gəlinir. Səbəbi isə cinsi hormonlardır. Qadınlarda genetik olaraq esterogen hormonu və kişilərdə olan testesteron hormonu olur. Estorogen hormonları ayaqlarda damar genişlənmələrinə səbəb olur, çünki bu hormon hər zaman dərini provakasiya edir. Bu hormon qanda stabil miqdarda qalmır. Yetkinlik dövrü, cinsi əlaqə, hamiləlik, abort kimi amillər estorogen hormonlarının qanda olan səviyyəsinə təsir edir. Varikozun başqa bir yaranma səbəbi də insanın ayaq üstə və oturaq halda çox qalmasıdır. Qadınlarda hamiləlik dövründə həm qanda esterogen hormonunun səviyyəsinin artması həm də döl böyüdükcə çanaq venalarını basaraq sıxır və nəticədə də qanın geriyə qayıtmasına mane olaraq durğunluq yaradır. Bu zaman varikoz xəstəliyi meydana çıxır. Varikozun əmələ gəlməsinə 3 əsas amil təsir göstərir. Bu xəstəlik kişilərdə daha çox peşə xəstəliyi kimi meydana çıxır. Bu xəstəliyin meydana çıxmaması üçün əzələ pompası daima işləməlidir. Qan daima yuxarıya doğru hərəkət etməlidir. Ona görə də profilaktik olaraq gün ərzində 4-5 km piyada gəzmək lazımdır ki, əzələlər işləsin. Uzun müddət maşın sürən və ya təyyarə ilə tez-tez səfər edən insanlar çox oturduqlarına görə varikoz üçün nəzərdə tutulan xüsusi trikotaj corablardan istifadə etməlidirlər. Oturan zaman ayaq dizdən 90 dərəcəlik büküş əmələ gətirir. Qanın geriyə hərəkət etməsi çətinləşir. Varikoz xəstəliyinin digər bir əmələ gəlmə səbəbi də ağır zədələr, məsələn sınıq ola bilər.  
 
Картинки по запросу varikoz

- Ayaqlarda kramp necə əmələ gəlir? 

- Kramp bir qrup ayaq əzələsinin şiddətli ağrılarla təzahür edən sərtləşməsidir. Bu sərtləşmə bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilir. Səbəbləri isə müxtəlif olur. Uzun müddət ayaq üstə və ya oturaq vəziyyətdə qalma, uzun müddət yerimə, davamlı idmanla məşğul olma, bədəndən su, duz və kalsium, maqnezium ionlarının itirilməsi, Parkinson xəstəliyində, şəkərli diabetdə, hipotiroid zamanı və bir sıra əzələ xəstəliklərində meydana çıxa bilər. Krampın tam etimologiyası hələ də məlum deyil. Bu hal bir çox xəstəliklərin fonunda meydana çıxır. Tutma adətən gecələr və hamilə qadınlarda müşahidə olunur. Əsasən isti su ilə yuyulduqda aradan qalxır. 
 
Arzu Mirzəyeva
Medicina.az