BölmələrRU
Xidmətlər
 

Varikosel nədir? Səbəbləri və müalicəsi - Əməliyyat otağından çəkiliş

 

Varikosel nədir? Varikosel kişi sonsuzluğuna nə kimi təsir göstərir? Səbəbləri nədir və müalicəsi necə aparılır? Hansı hallarda cərrahi müdaxilə vacibdir?

Kişilərin bir çoxunda meydana çıxan varikosel testislərdə (xayalarda) müşahidə olunan damar genişlənməsidir. Əsasən sol testisdə, nadir hallarda isə hər iki testisdə müşahidə olunur. Xayalarda qan durğunluğu yaratdığı üçün onların qızmasına, nəticədə isə spermatogenezin (sperma yaranması prosesi) pozulmasına səbəb olur. Bu isə spermanın sayının və sürətinin azalmasına gətirib çıxarır. Nəticədə isə sonsuzluq problemi yaranır.

Uroloq-androloq Seymur Mehtiyev Medicina.az-a videomüsahibəsində bir çox kişilərdə rast gəlinən və sonsuzluğun əsas səbəblərindən biri olan varikosel haqda məlumat verir: