- Övladınızı imtahana bal ilə hazırlayınValideynlərin nəzərinə!

  • 2019.04.10 11:21
  • 10600 Baxış
 - Övladınızı imtahana bal ilə hazırlayın Valideynlərin nəzərinə!
 



Balın tərkibində 31 fərqli vitamin və mineral var. İçindəki polifenollar və flovonoid maddəsi ilə  beyindəki neyronlara təsir edir, yaddaşı gücləndirir. 


Diqqəti cəmləməyə kömək edir. Medicina.az faydalı məlumatları təqdim edir.


Həyat şəraitini yaxşılaşdırmaq, savadlı olmaq üçün elm arxasıyca getmək ən təbii haqqımızdır. Orta məktəbdə oxuyub universitetə hazırlaşırıq, qəbul olmaq üçün mütləq imatahan verməliyik. Lakin bu ərəfədə abituriyentlər daha çox stress və həyəcan keçirirlər. Bu da öz növbəsində yüksək nəticə göstərməyə mane olur. İmtahan hazırlıqları zamanı düzgün qidalanma ən yaxşı vasitələrdən hesab olunur. İlk pillədə isə min bir dərdin dərmanı bal dayanır. Balın tərkibində sağlamlıq baxımından olduqca xeyirli maddələr var. Şəkər, su, dekstrin, zülal maddələr, zülal olmayan azotlu maddələr, fermentlər, üzvi turşular, mineral maddələr, müxtəlif vitaminləri ilə zəngindir (B2, B6, H, K, C, E, PP və s.) Lakin balın əsas tərkibi qlükoza və fruktozadır. Bal sinir sistemini gücləndirir.


İmtahana hazırlıq dövründə ballı dəstək!


Ölkəmizin imtahanlar ölkəsi kimi qiymətləndirsək hazırladığımız yazı sizə olduqca faydalı ola bilər. 


Hazırlıq zamanı stress ,həyəcanı artır. Bu ərəfənin qalibləri isə məhz düzgün qidalananlar olur. Stress  imtahan dönəminin ən qorxunc tələsidir. Mütəxəsislər hərgün bir çay qaşığı xalis bal yeməyi məsləhət görürlər. Ya da bir çox içkilərə, süd və çaya bal qarışdırmaq kifayət edir ki, zehni gücləndirsin.

 

Ayna

Medicina.az