Uzunmüddətli təhsil gözləri zəiflədir - Sübut olundu

  • 2018.06.07 15:57
  • 11618 Baxış
Uzunmüddətli təhsil gözləri zəiflədir -  Sübut olundu
Təhsil müddətinin uzunmüddət davam etməsi görmə qabiliyyətinə ziyandır.

 

Medicina.az xəbər verir ki, Kardiff və Bristol universitetləri tərəfindən aparılan yeni tədqiqatın nəticələri açıqlanıb.

Belə ki, bəzi uzaq şərq ölkələrində uşaqların 80%-i eynəklərdən istifadə edir.

Bundan başqa araşdırma zamanı məlum olub ki, qapalı məkanlarda həddən artıq vaxt keçirmək də orqanizmə ziyandır.


Alimlər 68 min insanın genetik məlumatlarını araşdırıblar. Genetik olaraq daha uzun müddət təhsil almağa meylli olanlarda gözün zəifliyi üzə çıxıb. Bu isə uzun müddət təhsil almağın görmə qabiliyyətinə ziyan vurduğunu sübut edib.