Uşaqlıqda appendisit əməliyyatı keçirənlərdə prostat xərçəngi riski 9 dəfə yüksəkdir – ARAŞDIRMA

  • 2018.06.07 17:04
  • 19455 Baxış
Uşaqlıqda appendisit əməliyyatı keçirənlərdə prostat xərçəngi riski 9 dəfə yüksəkdir –  ARAŞDIRMA
İsveçrə Universitenin yeni elmi araşdırmasının nəticəsi olan maqələdə uşaq və yeniyetməlik dövründə appendisit əməliyyatı keçirmiş kişilərdə yaşlı dövrdə prostat xərçəngi riski 9 dəfə yüksək olduğu qənaətinə gəlinib.


Medicina.az xəbər verir ki, alimlər qrupu 240.000 18 yaşı tamam olmuş və hərbi xidmətə getmiş gənclərin tibbi məlumatlarını araşdırıb. Onların arasında  yeniyetməlik dövründə appendiksi kəsilmişlər var idi. Həmin insanların 30-40 il sonrakı tibbi məlumatlarında araşdırma aparılaraq, neçə nəfərin prostat xərçənginə yoluxduğu dəqiqləşdirilib.


Məlum olub ki, 1700 kişidə şiş aşkarlanıb, onların 70%-nin uşaqlıq və yeniyetməlikdə appendiksi kəsilib. 


Həmçinin xəstəliyin metastaz mərhələsi və ölüm riski appendiksi kəsilmiş pasiyentlərdə 9% daha çox idi. 


Alimlər iltihablı appendikslə xərçəng arasında bu cür bağlılığın səbəbini bilmir. Belə bir nəzəriyyə irəli sürülüb ki, appendiks əməliyyatı uşaq və yeniyetmə immunitetini uzun illər zəiflətdiyinə görə, şiş hüceyrələrinə münbit şərait yaranır. 


Bu nəticələr göstərdi ki, uşaqlıq və yeniyetməlikdə iltihablı appendisit diaqnozu artıq immunitetin prostat vəzi ətrafında problem olmasına siqnalıdır”.