BölmələrRU
Xidmətlər
 

Uşaqları intihara sövq edən təhlükəli oyun yayıldı – Momo whatsappla əlaqə yaradaraq azyaşlıları təhdid edir- Valideynlərin diqqətinə


Artıq 2 aydır ki, internetdə  Momo adlı suisid təhlükəli onlayn oyunun yayıldığı barədə xəbərdarlıq olunub. 
Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə whatsappda-da qurbanlarını tapır.

Medicina.az xəbər verir ki, avatarında qorxulu kukla olan oyun whatsapp-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır. 

  • Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi sözlərlə başlayır. 
  • Daha sonra sizin haqqınızda hər şeyi bildiyini deyib, şantaja başlayır.
  • Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir. 

  • Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.
  • Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur. 
  • Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs . 
  • Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.

  • Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.
  • Oyunun qurbanları hər şeyə maraq göstərən "beyniqanlı” yeniyetmələr olur. 
  • Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: o telefonun kamerası qarşısında özünü asıb. 
  • Polis onun telefonunda whatsappda Momo ilə yazışmasını aşkarlayıb. 
  • Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını bildirib, tezliklə Rusiya və Asiyaya keçəcəyinin bildirərək, pedaqoq və valideynləri xəbərdar edib.
 
Xatırladaq ki, son 2 ildə dünyanı bürüyən Mavi balina oyununa görə rəsmi olaraq 18 nəfər uşaq intihar etmiş, 28 nəfər yaralanmış, qeyri-rəsmi məlumata görə yüzlərlə uşaq özünə qəsd etmişdir. Azərbaycanda da ötən il bölgələrdə bir neçə uşağın səbəbsiz qəfil intiharını bu oyunla əlaqələndirmişdilər.