Uşaqları hansı yaşda sünnət etdirməli - Həkimdən “Lazerlə ağrısız sünnət” mifini dağıdan açıqlama

Doğulan hər oğlan uşağı üçün vacib məsələlərdən biri sünnətdir. Bəziləri sünnət etdirmək üçün ilk ayları seçsə də, bir qisim valideyn bunun üçün uşağın böyüməyini gözləyir.
Bəs sünnət üçün ən uyğun yaş hansıdır?
Medicina.az xəbər verir ki, uşaq cərrahı Fuad Hüseynovun sözlərinə görə, bu əməliyyat üçün ən uyğun yaş seçimi 6 ay -2 yaş arası və ya 5 yaşından sonradır. Cərrah, 2-5 yaş arası uşağın fikrinin cinsiyyət orqanında olduğu üçün psixoloji travma ala biləcəyini bildirib.
Həkim valideynlərin, yeni doğulan uşaqların ağrını hiss etmədiyini düşündükləri üçün sünnəti ilk aylarda etməyə üstünlük verdiyini qeyd edib:
"Mənə ən çox verilən suallardan biri yeni doğulan körpələrin ağrını hiss edib-etməməsi ilə bağlıdır. Körpələr ağrını hiss edir. Sadəcə gücü zəif olduğu üçün bizə hiss etdirə bilmirlər. Həmçinin yeni doğulan zaman sünnət olunan uşaqların sonradan sidiyə getdiyi dəliyin daralma ehtimalı olur. Bu da ikinci əməliyyat deməkdir. Yeni doğum stresi yaşamış uşağa bir də sünnət stresi yaşatmaq məntiqsizdir”.
Hüseynov hazırda ən çox məşhur olan "lazerlə ağrısız sünnət”in sadəcə reklam xarakteri daşıdığını və belə bir şeyin olmadığını vurğulayıb:
"Lazerlə sünnət edilmir. Cərrahiyyədə qanaxmanı dayandırmaq üçün istifadə olunan elektrik bıçağına reklam məqsədilə yalandan lazer deyirlər. Dünyanın bütün inkişaf etmiş müsəlman ölkələrində hazırda yerli ağrısızlaşdırma ilə sünnət edilmir. Sünnət özü də cərrahi əməliyyatdır. Narkozdan oyanmaz deyə dediyimiz təhlükə maşınla yol gedərkən qəzaya düşməyimiz qədərdir”.
Şəhanə Quliyeva
Digər xəbərlər
-
“Valideynlərin 70 faizi axmaqdır, onların ucbatından uşaqlar travma alır, zəhərlənir və ölür” - Uşaq reanimatoloqundan dəhşətDaha ətraflı »
-
Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür? - Körpə üçün həyati təhlükə!/ Səbəb və müalicəsiDaha ətraflı »
-
Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? - Azərbaycanda cinsi tərbiyə məsələsiDaha ətraflı »
-
Uşaqları vahiməyə salan dədə-baba sünnəti, yoxsa narkozla əməliyyat? - Özəl klinikalarda sedasiyalı sünnətin qiymətləri/ ARAŞDIRMADaha ətraflı »
-
8 yaşlı uşağın müəmmalı intiharı: ölümün nə olduğunu bilməyən uşaq özünü necə asa bilər? - Psixoloqdan SOSDaha ətraflı »
-
Uşağın sağlam olması üçün nə etməli? - Məşhur ukraynalı pediartdan 10 SUPER məsləhətDaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.