Uşaqlarda əyri dişlərin plastinka ilə düzəldilməsi – Breketdən daha sərfəlidir- FOTO

  • 2018.10.15 16:01
  • 42776 Baxış
Uşaqlarda əyri dişlərin plastinka ilə düzəldilməsi –  Breketdən daha sərfəlidir- FOTO

Çox uşaqlarda süd dişlər töküləndən sonra əsas qalıcı dişləri əyri çıxmağa başlayır, diş səfi pozulur. Bunun qarşısı  uşaqlıqda alınmasa dişlər yerində möhkəmlənir, damaq sümük və əti də deformasiyaya uğrayır.

 

Çox insanların breket taxdırmağa imkanı olmadığından bu işi təxirə salır. Amma breketdən də daha asan və sərfəli üsulu sınamağa dəyər. 


Bioloji təbabət klinikasının həkim stomatoloqu Könül Səmədova uşaqlarda, gənclərdə plastinka üsulu ilə dişlərin əyriliyini düzəltdiyi barədə Medicina.az-a açıqlama verib, fotoları təqdim etdi.


"  Bu metodla dişlərin korreksiyası 10 yaşından sonra, süd dişləri tam töküləndən, daimi dişlər çıxandan sonra aparılır. Lakin təcrübəmdə 22 yaşlı gəncdə də bu metod tətbiq olunub, əla da nəticə verib.


Plastinka 6 aydan 1 ilə kimi qala bilir, effekti tez alınır. Damaq hissəyə keçirilir, estetik baxımdan daha incədir. 


Breketdən üstün cəhətləri odur ki, xəstə arada plastinkanı çıxarıb yuya bilər, həm də dişlərini təmizləyə bilər. Breketi isə çıxarmaq olmur deyə, dişin üzərində metalla reaksiyadan aşılanma gedir, iz qalır. Həmçinin plastinka breketdən qiymətcə daha ucuzdur”. 

 


 

 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;

Uşaqlarda əyri dişlərin plastinka ilə düzəldilməsi –  Breketdən daha sərfəlidir- FOTO
Uşaqlarda əyri dişlərin plastinka ilə düzəldilməsi –  Breketdən daha sərfəlidir- FOTO