Uşaqlarda anginanın səbəbləri, növləri - Kökündən müalicə metodu

  • 2018.10.06 18:34
  • 57530 Baxış
Uşaqlarda anginanın səbəbləri, növləri -  Kökündən müalicə metodu
 Daha çox uşaqlarda rast gəlinən, sağalması uzun çəkən, sanki boğazda kök salan, yüksək hərarətə səbəb olan amansız Angina valideynlərin kabusudur.

Azərbaycanda çox yayılan bu xəstəliyin səbəbini artıq boğaz ətində görürlər, amma bu yanlış fikirdir. 


Angina 2 yaşından başlayaraq, daha çox bağça və məktəbyaşlı uşaqları bir-birinə ötürülən infeksiyadan keçə bilir. Zəif immunitetli, boğazında infeksiya ocağı olan uşaqlarda angina zaman-zaman qayıdır.


Medicina.az anginanın növlərini və müalicə yollarını təqdim edir:


Angina müstəqil xəstəlik və ya digər infeksion yoluxmalarla yanaşı gedən ağırlaşma kimi yarana bolər. 

Ağırlıq dərəcəsinə görə bu növləri var:


-Kataral – daha yüngül forması, 7 günə müalicəylə keçir

-Follikulyar – badamcıqların follikullarının da iltihabı. Badamcıq üzərində qabarcıqlı sarı ərp görünür. 

-Lakunar – irinli növ, limfatik düyünlər böyüyür

-Xoralı-nekrotik - ən ağır forması, toxumanın nekrozlaşması


Herpes anginası

Bu anginanın oyadıcısı Koksaki virusu olur. Bu virus badamcıq toxuması, əzələ toxuması, sinirləri də zədələyə bilir. Herpes anginası digər orqanlara da keçir. 


Bu angina hava-damcı, fekal-oral yolla ötürülür. Herpes anginası ilə ömründə bir dəfə xəstələnə bilərsiz, ondan sonra dayanıqlı immunitet yaranır. Həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. 


Simptomları:


-Ağız boşluğu,udlaqda, badamcıqlarda kiçik şəffaf qabaqcıqlar, sanki ucuqlar yaranır. Bir neçə saatdan sonra onlar partlayır. Yerində xoralar yaranır. Bu yaralar 10 günə sağalır.

-Hərarət 39-a qalxır

-Boyun və qolaltı limfaların şişməsi

-Udqunmada ağrı


İrinli angina


Follikulyar və lakunar angina bu tipə aiddir. Gedişatı ağırdır, müalicə uzundur, hərarət yüksək olur, ağır intoksikasiya verə bilir, qan göstəriciləri dəyişir, yalnız antibiotiklə müalicə olunur. 


Uşaqların tez-tez angina olmasının səbəbləri


80% hallarda angina bakterial infeksiyadan törəyir, əsas səbəbkarı streptokokdur. Bu infeksiya bir uşaqdan digərinə ötürülür. Qab-qaşıq, gigiyena əşyaları – dəsmal, oyuncaq və qida ilə keçir. 


Uşağın özünün xəsətlənməsinə isə soyuqdəymə, imminitet zəifıiyi və xroniki iltihab ocağının olmasıdır. 

Həmçinn qrip, difteriya, qızılca kimi xəstəliklərin də əlavə simptomu kimi yanaşı gedə bilər. 


Müalicəsi:


Bakterial anginada mütləq antibiotik təyin olunur. Hansı antibiotikin seçilməsini həkim fərdi təyin edir, valideynin özbaşına aptekdən antibiotik alması qadağandır. Ümumiyyətlə anginanın evdə türkəçarə ilə müalicəsi olmaz.


Uşaq yataq şəraitində müalicə almalıdır. 


Uşaqların anginaya yoluxmaması üçün onların gigiyenasını təmin edin, əllərini tez-tez yuyun, hansı uşaqlarla çox ünsiyyətdə olduğuna baxın, düzgün qidalandırın, boğazına tez-tez baxın. Anginalı uşağın məktəbə,bağçaya göndərilməsi yolverilməzdir. 


Bioloji metodla infeksiya ocağının müalicəsi:


Çox zaman nə qədər müalicə olunsa da uşaq 2-3 aydan bir təkrar anginadan əziyyət çəkir. Bu artıq xroniki formaya keçir. Antibiotiklərin belə gücsüz qaldığı belə hallarda Bioloji Təbabətin Sanum-izopatik terapiyasından istifadə olunur. Uşağın boğazındakı infeksiya ocağına xüsusi damcı preparatlar gündə 2-3 dəfə damcıladılır. O, ocağı sanki söndürür. Remissiya 6-7 ay çəkir. İldə 2 dəfə bu metodla müalicə ilə anginanın qarşısını almaq olar. 


Uşaqlarda burun-boğaz xəstəliklərinin müayinöə və bioloji müalicəsi üçün klinikaya müraciət edə bilərsiz:


3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;