Uşaqlara bir ölçü böyük bez bağlayın - Yoxsa...

  • 2018.06.14 13:39
  • 14437 Baxış
Uşaqlara bir ölçü böyük bez bağlayın -  Yoxsa...
Uşaq bezləri uşağa iki yaşına qədər tərgidilməlidir.

 

Medicina.az xəbər verir ki, pediatr Günay Rəsulova, valideynlərə bu barədə xəbərdarlıq edib:


"Əvvəlcə onu deyim ki, körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxara bilər. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər”.